İnsanın orta ömrü 160 ilə qədər arta bilərmi?
REGİONAL MƏTBUAT
09:00
06.09.2024
Baxılıb: 1046
İnsanın orta ömrü 160 ilə qədər arta bilərmi?

ABŞ-ın UC Merced Universitetinin tədqiqatçıları hüceyrələrdə protein istehsalını idarə edən OTUD6 adlı zülalın xərçəng və yaşlanmaya əhəmiyyətli təsir göstərə biləcəyini aşkar ediblər. Meyvə milçəkləri ilə aparılan araşdırmalardan sonra OTUD6 mutasiyasına malik milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıb.

UC Merced Molekulyar və Hüceyrə Biologiyası Departamentinin professoru Fred Wolf və komandasının rəhbərlik etdiyi bu araşdırma, hüceyrələrin RNT-nin proteinə çevrilməsi prosesini necə tənzimlədiyini ortaya qoyur.

 

"Bu mexanizm stress, xərçəng və qocalma zamanı protein istehsalındakı dəyişikliklərdən məsul ola bilər" dedi Wolf.

 

Wolf və komandası meyvə milçəklərindən istifadə edərək OTUD6 zülalının funksiyasını araşdırıb. Meyvə milçəkləri genetik quruluşu asanlıqla dəyişdirilə bilən və tez çoxalda bilən model bir orqanizm olduqları üçün bu cür araşdırmalarda tez-tez üstünlük verilir.

 

Araşdırmanın aparıcı müəllifi Sammy Villanın töhfələri ilə OTUD6-nın hüceyrələrdə zülal istehsalını yüzdə 50 azaltdığı aşkar edilmişdir.

 

Ömrün uzadılması və xərçəng araşdırması üçün yeni bir yol

Wolf, "OTUD6-nın hüceyrələrdə istehsal olunan zülalın miqdarına bu qədər təsir etdiyini görəndə təəccübləndik" dedi. Protein istehsalının azaldılması heyvanların ömrünü uzadır. “OTUD6 mutasiyasına malik olan milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar”, o əlavə edib.

 

Tədqiqatçılar OTUD6 zülalının xərçəng hüceyrələrinin böyüməsinə mümkün təsirlərini də araşdırırlar.

 

Məlumdur ki, OTUD6-nın bəzi növləri insanlarda xərçənglərdə daha yüksək səviyyədə olur.

 

Protein istehsalının artması xərçəng hüceyrələrinin böyüməsinə kömək edə bilər. Bununla belə, tədqiqatçılar bu mövzuda hələ də birbaşa dəlil tapmadıqlarını vurğulayırlar.

 

Bu yeni kəşf zülal istehsalına nəzarət etməyin üçüncü yolunu ortaya qoyur. Wolf və komandası hüceyrələrin OTUD6 miqdarını necə tənzimlədiyini araşdırmağa davam edir.

 

Bu tədqiqat ömrü uzatmaq və xərçəng müalicələrinə yeni yanaşmalar inkişaf etdirmək vəd edir.

 

Tədqiqat insanlar üzərində təsirli olarsa, 80 il olan insanın orta ömrü 160 ilə qədər arta bilər.

 

Tədqiqat Nature Communications jurnalında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05