Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
REGİONAL MƏTBUAT
10:58
15.09.2024
Baxılıb: 1877
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər

15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz gün davam edən seysmik dalğanın mənşəyini müəyyən edib.

AZƏRTAC xəbər verir ki, müəmmalı hadisənin səbəbini çöl ölçmələri, peyk şəkilləri və kompüter modelləşdirməsindən istifadə etməklə müəyyən etmək mümkün olub.

“Science” jurnalında dərc edilən araşdırmada qeyd olunub ki, yerin monoton uğultu ilə müşayiət olunan titrəyişinin səbəbi Qrenlandiyanın şərqində Dikson Fyorduna çökən və sunamiyə səbəb olan dağ zirvəsi olub. Durğun dalğa Fyordun qapalı məkanında sahildən sahilə yellənib.

Tədqiqatlar göstərib ki, bu məsələdə təkanverici amil kimi iqlim dəyişmələri çıxış edib, nəticədə dağın yamacını sabitləşdirən əriyən buzlaq dənizə çöküb.

“Bu, əvvəllər belə uzun müddət ərzində müşahidə olunmayan seysmik siqnal idi. Qlobal istiləşmə əvvəllər heç vaxt görmədiyimiz hadisələrlə üzləşməyimizə gətirib çıxara bilər. Buzla örtülmüş ərazilərdə qlobal istiləşmə təkcə buzların qopmasına və yox olmasına deyil, həm də dağ yamaclarının sabitliyinin pozulmasına gətirib çıxarır. Çox güman ki, Qrenlandiyanın fyordlarında bizi yeni sürüşmələr və sunamilər gözləyir”, - deyə tədqiqatçılar deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51