Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
REGİONAL MƏTBUAT
19:14
15.09.2024
Baxılıb: 1971
Türkiyəli bələdiyyə sədri Fatma Şahin:

"Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik".

Bunu "Report"un Türkiyə bürosuna Türkiyənin Qaziantep vilayətinin böyük şəhər bələdiyyəsinin sədri Fatma Şahin bildirib.

F.Şahin deyib ki, Ə.Ərdoğan bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu tədbirin Azərbaycanda keçirilməsinə çox önəm verir:

"Bizim Azərbaycanla gözəl qardaşlığımız, sarsılmaz birliyimiz var ki, məhz bu da bütün dünyaya nümayiş olunacaq müsbət davranışdır. Bu baxımdan biz COP29-da da bərabər olacağıq. Hazırkı durumda COP29 iqlim dəyişmələrinə qarşı mübarizədə ən böyük əlacdır. Hər ölkə bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən bəhs edəcək. 1992-ci ildə Braziliyada qəbul edilən müqaviləyə görə, hər ölkə atmosferə atılan istixana qazlarının emissiyasını azaltmağa görə məsuliyyət daşıyır. Əminə Ərdoğanın Türkiyədə ətraf mühit mövzusunda vacib layihələrin həyata keçməsində önəmli xidmətləri var. Onun ətraf mühitlə bağlı dünyaya etdiyi çağırışlar da BMT tərəfindən təqdir olunur. Əminə xanım Türkiyə olaraq qardaş Azərbaycanı COP29-da dəstəkləyəcəyimizi bəyan edib".

Bələdiyyə sədri vurğulayıb ki, Qaziantep yaşıl və "ağıllı" şəhər kimi Türkiyədə nümunəvi yer tutduğu üçün COP29-a xüsusi hazırlaşır: "Qaziantep olaraq biz "ən yaşıl, ən ağıllı və ən əzmli şəhər" başlıqlı layihəmizlə COP29-da iştirak eddəcəyik. Bununla da qardaş Azərbaycan vasitəsilə bu cür həssas mövzunu dünyaya səsləndirmək üçün ciddi hazrlıqlarımız davam edir".

Qeyd edək ki, sentyabrrın 14-dən başlayaraq Türkiyənin Mədəniyyət Yolu layihəsi çərçivəsində festival keçiriilir. Tədbirə dünyanın müxtəlif ölkələrindən mətbuat nümayəndələri qatılıb. "Report"un Türkiyə bürosu da tədbirdə təmsil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51