Paşinyanın keçmiş müşaviri Gürcüstana buraxılmayıb
REGİONAL MƏTBUAT
18:48
17.09.2024
Baxılıb: 690
Paşinyanın keçmiş müşaviri Gürcüstana buraxılmayıb

Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan Gürcüstana buraxılmayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı Arsen Xaratyan özünün sosial şəbəkə hesabında yazıb.

Xaratyanın verdiyi məlumata görə, o, Lüksemburqdan ölkəyə uçub və səhər saat 4-dən Tbilisi hava limanında olub.

Qeyd edək ki, A.Xaratyan Amerika Demokratiya Fondu NED və Soros Açıq Cəmiyyətinin Gürcüstan filialı ilə əməkdaşlıq edən gürcü-erməni nəşri “Aliq Media”nın təsisçisidir.

Digər xəbərlər