Azərbaycanda Milli Su Strategiyası hazırlanıb və Nazirlər Kabinetində təsdiq mərhələsindədir.
"Report" xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov deyib.
"İlk addım olaraq bu sahədə elm və innovasiya məsələsinə baxmalıyıq. İctimaiyyəti, tələbələri və müəssisələri cəlb edərək araşdırma aparmalıyıq. Bu sahədə kifayət qədər yerli ekspertimiz yoxdur. Ona görə də əlavə dəstəyə ehtiyacımız var. Bununla bağlı Niderland tərəfini də cəlb etməyə çalışırıq", - deyə o əlavə edib.