O, gecə-gündüz sıfırdan 60 dərəcəyə qədər dəyişən şəraitdə işlək qala bilir.
Bildirilib ki, Çin alimləri Marsın atmosferi tərəfindən doldurula bilən və Marsın sərt şərtlərinə tab gətirə bilən akkumulyator hazırlayıblar.
South China Morning Post qəzetinin məlumatına görə, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları hazırlanmış batareyanın 1350 saatdan çox (iki Mars ayı) işləyə biləcəyini açıqlayıblar.
Marsda atmosfer tərəfindən doldurula bilən və sərt şərtlərə davamlı olduğu qeyd edilən batareya, sıfırdan 60 dərəcəyə qədər olan şəraitdə gecə-gündüz işlək qala bilir.
Yeni hazırlanmış bu batareya adi batareyalar kimi enerji saxlamasa da, davamlı olaraq kimyəvi maddələrlə reaksiya verərək elektrik enerjisi istehsal edə bilir və günəş və nüvə enerji mənbələri ilə də doldurula bilir.
Çin Elm və Texnologiya Universitetinin tədqiqatçısı Xiao Xu, batareyanın işləmə üsulu ilə bağlı verdiyi açıqlamada, batareyanın Mars atmosferindəki karbon qazı, oksigen və karbon monoksitdən "enerji" olaraq istifadə edə biləcəyini söylədi.
Bu batareyaların peyk atma xərclərini azaldacağına işarə edən Xiao, bunun kosmos missiyaları üçün faydalı olacağını söylədi.