Rizvan Nəbiyev Cenevredə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışıb
REGİONAL MƏTBUAT
16:13
16.10.2024
Baxılıb: 593
Rizvan Nəbiyev Cenevredə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışıb

Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, təşkilat sədrinin təmsilçisi Rizvan Nəbiyev Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasına sədrlik edib.

“Report” xəbər verir ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə bağlı məsələyə dair narahatlığını ifadə edən nümayəndə heyətinin rəhbəri regionda mövcud olan problemlərin sülh və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Çıxış zamanı Rizvan Nəbiyev Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin sona çatmasından sonra Cənubi Qafqazda yaranan siyasi reallıqlar və post-münaqişə dövründə baş verən proseslər haqqında məlumat verib. Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünün Azərbaycan Prezidenti cənab İlham Əliyevə məxsus olduğunu nümayəndə heyətlərinin diqqətinə çatdırıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və münasibətlərin tam normallaşması üçün Ermənistanın öz Konstitusiyasına dəyişiklik etməsinin və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinin mütləq şərt olduğu qeyd edilib.

Nümayəndə heyətinin rəhbəri həmçinin, 300 min azərbaycanlı qaçqını təmsil edən Qərbi Azərbaycan İcmasının (QAİ) müraciətlərinə baxmayaraq, Ermənistan hökumətinin dialoqdan qaçdığını və onların insan hüquqları haqqında müxtəlif beynəlxalq sənədlərdə təsbit olunmuş qayıdış hüququnu təmin etməkdən yayındığını diqqətə çatdırıb.

R.Nəbiyev çıxışında həmçinin bu ilin noyabr ayında Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəyini qeyd edib. Azərbaycan Respublikası tərəfindən maliyyə, insan kapitalı, sülh və bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət olan iddialı Fəaliyyət Proqramının hazırlanması diqqətə çatdırılıb. Azərbaycanın atəşkəs təşəbbüsü ilə çıxış edərək, bütün ölkələri Olimpiya Oyunları zamanı olduğu kimi COP29-un keçirildiyi ay ərzində sülhə riayət etməyə çağırdığı bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Bayden Trampa zəng vuraraq onu ABŞ prezident seçkilərində qələbə münasibətilə təbrik edib
00:41
Uttar-Pradeş ştatında rikşa və yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub
00:39
Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik edib
00:38
Səfir Yerusəlim Patriarxı ilə səfirlik və dini qurum arasında əməkdaşlığı müzakirə edib
00:36
Netanyahu Donald Trampla telefon danışığı aparıb
00:35
Azərbaycanın ECO-dakı daimi nümayəndəsi Baş katiblə təşkilatın COP29-dakı iştirakını müzakirə edib
00:33
Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Ankarada nümayiş olunub
00:32
Azərbaycan Qazaxıstanla nüvə enerjisi üzrə təcrübə əməkdaşlığını müzakirə edib
17:35
"İsrailə casusluqda” təqsirli bilinən dörd iranlı barəsində edam hökmü çıxarılıb
17:33
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
17:31
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb
17:29
Fuad Çıraqov :"Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür"
16:59
Tram qalib gəlib
11:24
İranda son iki gündə on bir məhbus barəsində çıxarılan ölüm hökmü icra edilib
11:18
KOBİA: Vahid rəqəmsal platforma və milli standartlar biznesi istiqamətləndirəcək
11:16
Türkiyə XİN başçısı: Prezident seçkilərindən sonra ABŞ Suriya və İraqdan çəkilə bilər
11:14
Tramp irəlidədir
11:08
“Axios”: ABŞ İraqdan İranın öz ərazisindən hücumunun qarşısını almağı tələb edib
11:04
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır
11:03
“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”
11:01