Sidneydən 80 km cənub-qərbdə yerləşən Oakdeyl şəhərində iki yüngül motorlu təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb.
Bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.
“Hazırda polis əməkdaşları hadisə yerində işləyir, qəzanın baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb”, - məlumatda bildirilib.
Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılacaq.