Türkiyənin apardığı mübarizənin nəticə verməsinə mane olmaq istəyənlər, o cümlədən regionumuzu qan gölünə çevirmək istəyənlər və onların arxasındakı imperialistlər məqsədlərinə çatmayacaqlar.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr - Türkiyənin Cümhuriyyət Günü ilə bağlı videomüraciətində deyib.
O bildirib ki, Türkiyə buna mane olaraq inkişaf etməyə davam edəcək: “İllər ərzində qurulan oyunları pozmuşuq”.
R.T.Ərdoğan söyləyib ki, Türkiyəni iqtisadi sahədə çökdürmək cəhdləri daxildə müəyyən çətinliklərə səbəb olub.
Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara başa düşür ki, artıq terror təhlükəsinə tamamilə son qoymaq lazımdır.