Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.
Moldova KİV xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.
Eyni zamanda, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59% səs toplayıb.
Qeyd edək ki, Moldovada prezident 4 il müddətinə seçilir.