Bu gün, avqustun 21-də Bosniyanın qərbində yerləşən Sanski Most şəhərindəki orta məktəblərdən birində çalışan üç əməkdaş öldürülüb.
AZƏRTAC xəbər verir ki, daha bir nəfər ağır yaralanıb. Məktəbdə təmizlik işçisi işləyən şəxs təhsil ocağının binasında avtomat silahdan ətrafa atəş açıb. “Reuters” xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanları və fövqəladə xidmətlər gəlib.
Unasan kanton polisinin sözçüsü Adnan Beqanoviçin sözlərinə görə, məktəbin direktoru, katibi və müəllimi öldürülüb. Cinayətkar intihara cəhd edib və ciddi xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
“N1 TV” telekanalının xəbərinə görə, məktəb rəhbərliyi ilə fikir ayrılığı yaranan və intizam tənbehinə məruz qalan təmizlik işçisi konkret adamları axtarır və onlara atəş açırmış.