Zelenski ABŞ-a yola düşüb
SİYASƏT
13:03
11.12.2023
Baxılıb: 9311
Zelenski ABŞ-a yola düşüb

ABŞ prezidenti Co Bayden dekabrın 12-də Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini nümayiş etdirmək üçün Ağ Evə dəvət edib. 

 

Bəyanatda deyilir ki, iki lider Ukraynanın təcili ehtiyaclarını və ABŞ-ın bu kritik anda Ukraynaya dəstəyinin davamlılığını və əhəmiyyətini müzakirə edəcəklər.

 

Prezidentlərin gündəmində, Kiyevə görə, xüsusilə, silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələr var.

 

Keçən həftə ABŞ Senatı prezident Co Baydenin Ukraynaya 106 milyard dollarlıq yardım tələbini immiqrasiya elemetnlərinin olmaması bəhanəsilə  rədd edib. Bayden, Rusiya prezidenti Vladimir Putinin nəzarət edilmədiyi təqdirdə ərazi işğalını genişləndirə biləcəyi barədə xəbərdarlıq edərək, Ukraynaya artan hərbi yardımın tez bir zamanda təsdiqlənməsini tələb etmişdi.

 

Bayden Putinin daha da irəliləməsinin qarşısının alınmasının vacibliyini vurğulayaraq, ABŞ-ın milli maraqlarının kritik vəziyyətdə olduğunu bəyan etmişdi. Bayden Putinin Ukraynanı ələ keçirməyə nail olacağı təqdirdə potensial risklər barədə xəbərdarlıq edərək, Rusiyanın daha sonra NATO ölkələrinə müdaxilə ehtimalını irəli sürmüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İnfluenser və Brend əməkdaşlığı necə yaranır?
22:34
influencer.az nədir?
22:09
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22