Oktyabrın 5-də işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu xidmət vaxtı piyada əleyhinə minaya düşüb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.