Məktəb ləvazimatlarının qiymətini
CƏMİYYƏT
15:40
20.08.2024
Baxılıb: 3001
Məktəb ləvazimatlarının qiymətini

Tədris ilinin başlanmasına az müddət qaldığını nəzərə alaraq “Report”un əməkdaşları alıcı sıxlığını müşahidə etmək və məktəb ləvazimatlarının qiymətini öyrənmək üçün mağazalardakı vəziyyətlə maraqlanıb.

Paytaxtdakı mağazalardan birinin satış mütəxəssisi, Elməddin Əliyev ilə söhbət zamanı məlum oldu ki, məktəb ləvazimatlarının qiymətində ötən illə müqayisədə artım var.

Onun sözlərinə görə, məktəbli çantalarının qiymətində keçən illə müqayisədə bu il fərq yoxdur. Qiymətlər təxminən 25-170 manat aralığında dəyişir. Lakin sadə qələmlərin qiyməti 0,7 manatdan 0,9 manata qalxıb. Ən çox artım isə dəftər və qələmlərdə müşahidə olunur. Belə ki, keçən il 24 vərəqli dəftərin qiyməti 0,30 manat idisə, bu il 0,35 manatdır. 40 vərəqli dəftərlərin qiymətində də 0,5 manat artım baş verib. Qələmlərin məbləği 0,9 manatdan 1,5 manata qalxıb. Keçən il 6 manata olan su qabı bu il 7-10 manat arası dəyişir.

Müsahib bildirib ki, ötən illə müqayisədə bu il alıcı sayı çox azdır:

“Hazırda alıcı sıxlığı yoxdur. Ötən il bu vaxtlar biz yetərincə mal satmış olurduq. Bu il isə sezona hələ giriş edə bilməmişik. Ola bilsin bu alıcıların maddi vəziyyəti ilə bağlıdır. Bahalaşma bir-iki məhsul alana təsir etmir. Amma insanlar 50-60 manatlıq alış-veriş edəndə qiymət artımını hiss edirlər”.

Daxil olduğumuz digər mağazada isə vəziyyət fərqlidir. Bəzi məktəb ləvazimatlarının qiyməti ötən illə müqayisədə ucuzlaşıb. Dəftərlərin qiymətində 0,5 manat (0,25-0,20 manat), qələm qablarında 0,50 manat (2,50-2 AZN), bir qutu A4-ün qiymətində isə keçən illə müqayisədə nə az nə çox 3 manat (8-5 AZN) ucuzlaşma müşahidə olunur. Çantaların qiyməti isə minimum 10 manatdan başlayır. Digər məhsullarda qiymət aralığı belədir:

Rəngli karandaşlar – 0,80 manat
Pozan – 0,15 manat
Qələm – 0,06 manat
Qələmyonan – 0,40 manat
Rəngli flomaster – 2 manat
Ağardıcı qələmlər – 0,60 - 0,80 manat
Su qabları – 2-10 manat
Termoslar – 4-18 manat
Kağız üçün yapışqan – 0,60-1,5 manat

Hər iki mağazada olan məhsulların Çindən gəlməsinə baxmayaraq niyə bu qədər qiymət fərqi olmasını soruşduqda həmin mağazanın satış mütəxəssisi Əlizadə Xəyal bildirdi ki, düzdür mallar eyni ölkədən gəlir. Lakin azad bazar sistemində qiymət fərqinin olması normal haldır. Çeşid və keyfiyyətə görə də qiymət dəyişə bilər.

O, məktəb dövründə də qiymət artımı gözlənilmədiyini deyib:

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51