İranın Kerman-İranşəhr magistralında sərnişin avtobusu aşıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, qəzada yaralanan daha beş nəfər xəstəxanada dünyasını dəyişib və ölənlərin sayı 11 nəfərə çatıb.
Xatırladaq ki, daha öncə İranşəhr Təcili Yardım Xidmətinin rəisi Əlirza İrəndeqani sərnişin avtobusunun aşması nəticəsində altı nəfərin öldüyünü, 18 nəfərin isə yaralandığını açıqlamışdı.