ADY-nin müəssisələri TƏBİB-ə verilir
CƏMİYYƏT
18:47
22.08.2024
Baxılıb: 1069
ADY-nin müəssisələri TƏBİB-ə verilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilir.

 

ADY-dən Trend-ə verilən məlumata görə, icrasına 1 yanvar 2025-ci il tarixindən başlanacaq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar”ın əsas məqsədi həmin xəstəxanaların müvafiq sahəvi qurumların tabeliyində daha peşəkar və mərkəzləşdirilmiş idarəçiliyini təşkil etmək və əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir.

 

Qeyd edək ki, ADY müasir və səmərəli idarəçiliyə, müştəriyönümlü və çevik şirkət modelinə keçid edir və onun fəaliyyətlərinin ana xəttini dəmir yolu daşımaları, dəmir yolu infrastrukturun saxlanması və inkişafı, müvafiq maddi-texniki bazanın müasirləşdirilməsi və dəmir yolları üzrə kadr hazırlığı təşkil edir. Bu baxımdan, tibb xidmətləri ADY-nin fəaliyyəti üçün qeyri-profil fəaliyyət istiqaməti kimi müəyyən edilib.

Bu təcrübə Avropanın və dünyanın bir sıra inkişaf etmiş ölkələrində də tətbiq edilir. Analoji qərarlar dəmir yolu sənayesinin öz profili üzrə ixtisaslaşmasını, yük sahibləri və sərnişinlərə göstərilən xidmətlərin şaxələndirilməsini, infrastruktur quruculuğunu və bir çox digər aidiyyəti fəaliyyətləri dəstəkləmək məqsədi daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54