İcbari tibbi sığorta hesabına bu ilin ilk 6 ayı ərzində 24 min 857 qastroskopiya müayinəsi aparılıb
CƏMİYYƏT
16:23
23.08.2024
Baxılıb: 780
İcbari tibbi sığorta hesabına bu ilin ilk 6 ayı ərzində 24 min 857 qastroskopiya müayinəsi aparılıb

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsidir. İcbari tibbi sığorta hesabına bu ilin ilk 6 ayı ərzində 24 min 857 qastroskopiya müayinəsi aparılıb.

 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.

 

Ürəkbulanma, qusma, iştahasızlıq, davamlı mədə ağrısı, udma aktının çətinləşməsi və ağrılı olması, qida qəbulundan sonra mədədə ağırlıq və tez doyma hissi, qarının yuxarı hissəsində ağrı, ishal və ya qəbizlik, anemiya, mədə-bağırsaq qanaxması və s. əlamətlər qastroskopiya müayinəsi üçün göstəriş hesab oluna bilər. Qastroskopiya xüsusi endoskopik avadanlıqdan – ucunda linza olan uzun, nazik və elastik boru olan qastroskopdan istifadə edilməklə aparılır. Həmin boru ağızdan qida borusu və mədəyə, sonra isə onikibarmaq bağırsağa qədər daxil edilir.

 

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə, iltihab ocaqları, xora, törəmə və digər xəstəlikləri aşkar etməyə imkan verir. Digər instrumental diaqnostika metodları (USM, KT, MRT daxil olmaqla) mədə-bağırsaq traktının belə dəqiq təsvirini verə bilmir.

 

Qastroskopiya həm təcili, həm də planlı şəkildə aparıla bilər. Təcili qastroskopiyaya səbəb əsasən xəstənin həzm sistemində qanaxma, qida borusu və mədədə yad cisimlər olduğu zaman aparılır. Bu zaman diaqnostika ilə yanaşı, xəstənin həzm sistemində olan yad cisim çıxarılır, qanaxma dayandırılır. Planlı müayinə isə qida borusu, mədə və onikibarmaq bağırsaqda xroniki xəstəliklər olduğu zaman aparılır. Müayinədən əvvəl mədə boş olmalıdır. 6-12 saat əvvəl heç bir qida və maye qəbuluna icazə verilmir.

 

Müayinə yerli və ümumi anesteziya (sedativ (yuxu gətirici) preparatın venadaxili yeridilməsi) ilə icra edilə bilər. Yerli anesteziya ilə (sedasiyasız) prosesin icrası adətən 4-5 dəqiqə, sedasiya ilə 35 dəqiqə davam edir. Pasiyentlər tibbi müayinədən sonra normal həyat fəaliyyətinə davam edirlər. Həmin tibbi xidmətin ambulator və stasionar şəraitdə göstərilməsi zamanı aparılan anesteziya da icbari tibbi sığorta ilə qarşılanır. Bundan əlavə, qastroskopiya zamanı patoloji dəyişikliklər aşkar edilərsə, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də sığorta hesabına aparılır.

 

Planlı qastroskopiyanın icrası üçün bir sıra əks göstərişlər mövcuddur. Buna görə də qastroskopiya təyin edilmiş xəstələrin sağlamlıq vəziyyəti araşdırılır. Ağır tənəffüs və ürək-damar çatışmazlığı, kəskin miokard infarktı, onurğa sütunu və döş qəfəsinin artıq dərəcədə deformasiyası, beyin qan dövranının kəskin pozulmaları və digər xəstəliklər zamanı diaqnostika uyğun sayılmır.

 

Qastroskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59
CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb
20:37
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
20:36
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
20:16
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
19:18