Qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edən konsert keçirilib
CƏMİYYƏT
23:21
23.08.2024
Baxılıb: 3031
Qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edən konsert keçirilib

Nizami Kino Mərkəzində Qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edən konsert keçirilib.

 

AZƏRTAC xəbər verir ki, konsert “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Aşıq Ələsgər irsinin tanıdılması” adlı layihəsi çərçivəsində təşkil olunub.

 

Konsertdə saz-söz həvəskarları, ziyalılar, mədəniyyət xadimləri, QHT və media nümayəndələri iştirak ediblər.

 

Konsertdən əvvəl İctimai Birliyin sədri Xətai Ələsgərli çıxış edərək deyib ki, aşıq sənəti Azərbaycanın milli kimliyinin qorunub saxlanılmasında öz dəst-xəti olan xalq sənətidir. Dünya aşıq sənətini Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul edir: “Qərbi Azərbaycanda da çox sevilən və ölkəmizin ustad aşıqlarının əksəriyyətinin Vətəni olan bu bölgənin saz-söz ustadlarının təbliğ olunması xalqımızın Qərbi Azərbaycana olan münasibətinin bir ifadə formasıdır”.

 

Onun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan aşıq sənətini Qərbi Azərbaycan aşıqlarının timsalında xalq arasında xüsusilə də yeniyetmə və gənclər arasında təbliğ etməkdir. “Azərbaycan saz-söz sənəti hazırda da öz bədii təsir gücünü itirməyib, bu günün mədəni inkişaf prosesində onun da öz yeri var. Əgər ənənəvi havacat ancaq yarandığı bölgələrdə səslənirdisə və həmin bölgələr xaricində aşıq sənətini ancaq səfərə çıxmış ayrı-ayrı aşıqlar təbliğ edirdilərsə, bu gün artıq bu qapalılığa son qoyulub. Saz-söz sənəti müstəqil dövlət şəraitində vahid Azərbaycan milli mədəniyyətinin tamhüquqlu tərkib hissəsidir. Saz-söz ocağı olan tarixi-etnoqrafik bölgələrə və sənəti yaşadan ustad aşıqlara diqqət və qayğı, bədii-şifahi ənənələri qoruyub-yaşatmaq hər birimizin şərəfli borcudur”,- deyə İctimai Birliyin sədri vurğulayıb.

 

Sonra söz aşıqlara verilib. Onlar Aşıq Ələsgərin, Aşıq Alının sözlərini müxtəlif aşıq havaları üstündə oxuyublar.

 

“Aşıq Ələsgər irsinin tanıdılması” adlı layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51