Təhsil eksperti: Artıq Qarabağ Universiteti paytaxtdakı ali məktəblərə güclü rəqibdir
CƏMİYYƏT
13:01
25.08.2024
Baxılıb: 647
Təhsil eksperti: Artıq Qarabağ Universiteti paytaxtdakı ali məktəblərə güclü rəqibdir

“2024-2025-ci tədris ili üçün Azərbaycanda ali məktəblərə tələbə qəbulunun nəticələri elan olunub. Ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinə 82883 nəfər müraciət edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali məktəblərə qəbul olub. Qəbul olanlardan 27117 (o cümlədən 1579 subbakalavr) nəfəri dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə ediblər. Müsabiqənin nəticələrinə görə, keçən ilə nisbətən bütün ixtisas qruplarında keçid ballarının artması müşahidə olunub”.

Bu barədə AZƏRTAC-a açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib.

Təhsil eksperti qeyd edib ki, paytaxtdakı dövlət universitetlərində I qrupun informatika yönümlü (Rİ altqrupu) ixtisaslarında ortalama 40-80 bal ətrafında, II qrupda 30-40 bal, III qrupda (DT altqrupu) 40-60 bal, IV qrup tibb ixtisaslarında və digər prestijli ixtisaslarda 30-50 bal qalxma müşahidə olunub. V qrup üzrə də İdman Akademiyasında və dizayn ixtisaslarında 20-50 bal qalxma müşahidə olunub.

Ramin Nurəliyev vurğulayıb ki, diqqətçəkən məqamlardan biri də Qarabağ Universiteti ilə bağlı olub: “Bu il tədrisə hazır vəziyyətə gətirilmiş, müasir təhsil səviyyəsi və tədris planına uyğun olan universitetin qəbul üzrə keçid balları hamı üçün maraqlı idi. İmtahanlarda yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini ilk sıralarda seçməsi, əlbəttə ki, bu ali təhsil ocağına marağın, o cümlədən keçid ballarının yüksək olacağından xəbər verirdi. Belə də oldu. Qarabağ Universitetində hüquqşünaslıq ixtisasının keçid balı Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası ilə eyni səviyyədə oldu. Pedaqoji ixtisaslardan Azərbaycan dili və ədəbiyyatı ixtisasının keçid balı Azərbaycan Dövlət Pedaqoji Universitetinin eyni ixtisasının dövlət sifarişli yerinin balından yüksək oldu. Bu, Qarabağ Universitetinin yüksək nüfuzundan xəbər verir. Birinci ixtisas qrupu üzrə Qarabağ Universitetinə orta qəbul balı 475, ikinci qrup üzrə 396, üçüncü qrup üzrə 531, dördüncü qrup üzrə isə 470 olub. I-IV qruplar üzrə ümumi ortalama bal 467,6 olub. Eləcə də 600 baldan yüksək nəticə göstərən 101 abituriyent Qarabağ Universitetinə qəbul olub. Ən yüksək göstərici 683,8 bal ilə hüquqşünaslıq ixtisasında olub.

Ehtimal olunur ki, növbəti illərdə balların yüksəlişi artan templə davam edəcək və Bakıdakı dövlət universitetləri ilə Qarabağ Universiteti davamlı rəqabət halında olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
NYT: Tramp və Harrisin seçici dəstəyi demək olar ki, eyni səviyyədədir
20:31
Niderland səfirliyi Venesuela müxalifətinin liderinə sığınacaq verib
20:13
İlon Mask üç ilə trilyonçu ola bilər
19:51
Təbriz şəhərində Azərbaycan bayrağının təsviri olan minlərlə stikerlər
18:24
“Hürriyet” qəzeti: Ermənistan-Türkiyə dialoqu qardaş Azərbaycanın maraqlarına uyğun aparılmalıdır
18:18
Viktor Orban: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir
18:15
Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb
18:12
"Formula 1"lə bağlı paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək
18:06
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək
18:03
Azərbaycan cüdoçuları Avropa çempionatında qarışıq komanda yarışının qalibi olublar
18:02
Melnik Scholz-u Moskva ilə diplomatik əlaqələrə çağırır
18:00
“Neft 40 dollar olanda Putin mübarizə apara bilməyəcək”: Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını bölüş
16:59
Braziliyada X sosial şəbəkəsinin bloklanmasına qarşı etiraz aksiyaları keçirilib
16:49
Ermənistanın neytrallığı - İrəvan üçün optimal çıxış yolu
15:57
Venesuela müxalifətinin prezidentliyə namizədi ölkəni tərk edir
15:19
İordaniya-İordaniya sərhədində terror aktı: 3 nəfər ölüb
15:14
Vyetnamın şimalında qasırğa 14 nəfərin həyatına son qoyub
15:08
Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənib
15:05
Bu həftə Avstriyada nə baş verdi?
13:54
Türkiyənin ilk gözdən əlil hakimi vəzifəsinə başladı
13:02