Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib
CƏMİYYƏT
18:50
26.08.2024
Baxılıb: 1251
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib

Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.

“Dəniz Mall”da keçirilən tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən şəhid Elnur Xəlilovun qızı Mələk Xəlilova burada çox əyləndiyini söyləyib. O, belə gözəl tədbirə qatıldığı üçün özünü çox sevincli hiss etdiyini deyib.

Şəhid Qara Balakişiyevin qızı Xədicə Balakişiyeva isə bildirib: “Bura mənim çox xoşuma gəldi. Dostlarımızla gözəl vaxt keçirdik. Maraqlı gün oldu. Buradakı attraksionlar çox əyləncəlidir”.

Bu gün çox sevincli olduğunu söyləyən şəhid Şəhriyar Quliyevin oğlu Camal Quluzadə isə qeyd edib: “Burada olan bütün uşaqlar kimi, mən də çox əyləndim, gözəl bir gün keçirdik. Dostlarımla birlikdə yaxşı istirahət etdik. Bu anları heç vaxt unutmayacağam. Hamıya təşəkkür edirəm”.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59