Aslana Əliyeva: Bizim həqiqətən də nurlu uşaqlarımız var
CƏMİYYƏT
18:59
26.08.2024
Baxılıb: 2934
Aslana Əliyeva: Bizim həqiqətən də nurlu uşaqlarımız var

Bir çox beynəlxalq rəqs müsabiqələrinin, festivalların laureatı və iştirakçısı, Bakı Xoreoqrafiya Akademiyasının məzunu Aslana Əliyeva xalq rəqsləri üzrə xoreoqraf ixtisası üzrə bakalavr pilləsində təhsil alır. O, üç yaşından peşəkar səviyyədə rəqs etməyə başlayıb və hər gününü bu sənətə həsr edir, o cümlədən onun incəliklərini başqalarına da öyrədir. Aslananın 20 yaşı var, lakin çox gənc olmasına baxmayaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində iki ildir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir. Mərkəzin 2013-cü ildə keçirilən açılış mərasimində Fondun prezidenti Mehriban xanım Əliyeva iştirak edib. Aslana Əliyeva burada qruplarla məşğələlərdən əlavə, rəqs kollektivinə də rəhbərlik edir.

 

Aslana deyir: “Mərkəzimizdə çalışmaq təklifi alanda, əvvəlcə müəyyən həyəcan hissi keçirdim. Burada fəaliyyətin nə qədər çətin olduğunu başa düşürdüm və xüsusi yanaşma tələb edən uşaqlarla işləmək üzrə imkanlarını adekvat şəkildə nəzərdən keçirirdim. Çünki bir işin qulpundan yapışdıqda, onu maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Mən mükəmməl işi sevirəm”.

 

Onun sözlərinə görə, məhz uşaqların səmimi münasibəti qərar qəbul etməyində həlledici rol oynayıb: “Elə ilk gündən məni qucaqlamaları zamanı hiss etdiklərimi sözlə ifadə etmək çətindir. Böyük emosiyalar spektrinə büründüm. Uşaqlara xas olan aura unikaldır”.

Aslana etiraf edir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək çox xoşuna gəlsə də, müsbət enerji aldığı bu işin çətinlikləri də var. Axı söhbət təkcə rəqsdən getmir. Uşağa informasiyanı düzgün və yumşaq şəkildə çatdırmaq lazımdır. O əlavə edir: “Dərslər aktivdir və məşğələ zamanı tələbələrim müəyyən müddət məşq etməlidirlər. Qrup müxtəlif uşaqlardan ibarətdir və onların hər biri yorula bilər. Baxmayaraq ki, orta hesabla hər 15 dəqiqədən bir fasilə verirəm. Ancaq daim nəzərə almalıyıq ki, yanaşma həmişə fərdidir və hər bir uşağın əhvalını diqqətlə izləmək lazımdır. Rəqs dərslərinə yarım saat vaxt ayrılır, bundan sonra qrup dəyişir və davranış reaksiyalarına diqqət növbəti uşaqlara keçir”.

 

“Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xüsusi qayğıya ehtiyacı olan 600-ə yaxın uşaq reabilitasiyadan keçir. Hər gün Mərkəzə əlliyə qədər uşaq müraciət edir, onlar üçün müxtəlif mütəxəssislərlə xüsusi məşğələlər təşkil olunur, bu şəxslərin müstəqil həyata hazırlanması məqsədilə ailələrlə iş aparılır, autizm sahəsində maarifləndirici layihələr həyata keçirilir. Onların arasında loqopedlər, psixoloqlar, İT texnologiyaları sahəsi üzrə müəllimlər və başqaları var. Mərkəz incəsənət vasitəsilə “günəşli uşaqları” cəmiyyətə inteqrasiya etməyə imkan verən bədii istiqamətləri də əhatə edən geniş tədbirlər həyata keçirir. Mərkəzin müəllimləri öz tədris metodlarını işləyib hazırlayıblar və Aslananın da bildirdiyi kimi, yerli mütəxəssislərin tövsiyələrinə əsaslanaraq, hər il müəllimlərin hər biri öz sahəsində unikal təcrübə qazanır. Məsələn, loqopedlər uşaqların nitq bacarıqlarını sıfırdan inkişaf etdirməkdə çox məharətlidirlər. Aslananın qeyd etdiyi kimi, hər məşğələ belə uşaqlarla diqqətli ünsiyyətdir.

 

Aslana qeyd edir: “Əslində, Daun sindromu olan insanlarla ünsiyyət qurarkən, onların hər birinin kövrək bir çiçək kimi olduğunu başa düşmək lazımdır. Peşəmin ciddilik və möhkəmlik tələb etməsinə baxmayaraq, Mərkəzdən olan uşaqlarla məşğələlər tələbələrimlə adi dərslərdən köklü şəkildə fərqlənir, onların arasında məndən yaşlılar da var. Onlara qarşı tələbkar ola bilərəm. Mərkəz öz qaydalarını diktə edir, burada yalnız mülayimlik və xeyirxahlıq üçün yer var. Çünki yalnız bu “alətlər” bizə xüsusi yanaşma tələb edən uşaqlarla dialoq qurmağa imkan verir. Etiraf edim ki, Mərkəzdə işləmək məni də dəyişdi...”

Aslana on səkkiz yaşında Daun sindromlu uşaqlara rəqs öyrətməyə başlayıb. Artıq iki ildir ki, onun iş cədvəli aydın şəkildə planlaşdırılıb: xoreoqrafiya akademiyasından sonra, günorta saat ikidə Mərkəzə gedir. Özünün də etiraf etdiyi kimi, tələbələrinin gözü qarşısında peyda olan kimi, onların müəlliminə bəxş etdikləri emosiyaların təsiri altında hər hansı bir mənfi hiss yox olur. Onlar üçün təmasın təzahürü tamamilə adi haldır. Xüsusilə bəyəndikləri insanlara qarşı. Odur ki, mehriban qucaqlaşmalar, öpüşlər və təşəkkürlər, -Aslananın dediyi kimi, -hər bir kədərə ən yaxşı dərmandır. O vurğulayır ki, Daun sindromlu uşaqların onlara ünvanlanan xarici təzahürlərə çox həssas reaksiya verdiyini yadda saxlamaq çox vacibdir. Elə buna görə onun üçün əsas amillərdən biri özü üçün şəxsi tələbkarlıq - işini müşayiət edən çoxsaylı nüanslara maksimum diqqət yetirmək idi. Baxmayaraq ki, yetirmələrinin sayı onlarladır.

Gündəlik həyatda fenomenal yaddaşımla öyünə bilməsəm də, Mərkəzimizə gələnlərin hər birini simasına, ad və doğum tarixinə görə tanıyıram. Yaşından asılı olmayaraq, “günəşli” insanlarımızın hər birinin ayrı bir kainat olduğunu söyləmək olar. Etiraf edim ki, bu cür uşaqlarla işlədiyim müddətdə məndə hər hansı davranış təzahürlərinə hazır olduğum, habelə onlara düzgün və müvafiq şəkildə cavab verə biləcəyim bacarıqlar formalaşıb”, -deyə Aslana vurğulayır.

“Gündəlik həyatda fenomenal yaddaşımla öyünə bilməsəm də, Mərkəzimizə gələnlərin hər birini simasına, ad və doğum tarixinə görə tanıyıram. Yaşından asılı olmayaraq, “günəşli” insanlarımızın hər birinin ayrı bir kainat olduğunu söyləmək olar. Etiraf edim ki, bu cür uşaqlarla işlədiyim müddətdə məndə hər hansı davranış təzahürlərinə hazır olduğum, habelə onlara düzgün və müvafiq şəkildə cavab verə biləcəyim bacarıqlar formalaşıb”, -deyə Aslana vurğulayır.

Mütəxəssislər qeyd edirlər ki, xüsusi yanaşma tələb edən uşaqlar tez yorulmağa və kəskin reaksiyaya meyillidir, bəzən bu keyfiyyətlər özünü inciklikdə göstərir. Aslana qeyd edir ki, qrupa yeni uşaq gələndə o anlayır ki, bu azyaşlıya hansı rəqs elementləri və ya incəliklərini təklif edə bilər. Xüsusən, həkimlərin müəyyən etdikləri əlavə problemi olan uşaqlara münasibətdə. Bundan başqa, bütün otaqlar səsyazan kameralarla təchiz olunub, onlar spesifik xarakteri olan azyaşlıların təhlükəsizliyinə cavabdehdir.

Aslana deyir: “Əvvəlcə xüsusi yanaşma tələb edən uşaqlarla işləməklə bağlı mümkün çətinliklər barədə xəbərdarlıq edilir. Mərkəzimizdə təsadüfi adam yoxdur. Çox ətraflı müsahibədən keçirik. Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova əla komanda toplaya bilib. Onun Mərkəzdə həm işçilər, həm də tələbələr üçün yaratdığı səmimi ab-hava ilə heç də hər müəssisə öyünə bilməz. Hər bir fəaliyyət sahəsi üçün o, yalnız öz sahəsində mütəxəssisləri deyil, həm də xüsusi yanaşma tələb edən uşaqların həqiqətən “günəşli” olduğunu dərk edən böyük ürəkli insanları diqqətlə seçib”.

Aslana Əliyevanın qeyd etdiyi kimi, o, şagirdlərin hər biri üçün bütün kurrikulumu qurur və uşaqlar rəqs məşğələlərinə həmişə yüksək əhvali-ruhiyyə ilə gəlirlər. Bir məşğələdə tələbələrin sayı adətən beş nəfəri keçmir. Bu, xüsusi olaraq uşaqların psixoloji özəlliyini nəzərə alaraq, hər kəsin məşğələlərdən maksimum yararlana bilməsi üçün edilib. Aslananın sözlərinə görə, bu, çox əlverişlidir. Onun diqqəti hər kəs üçün kifayətdir. Mərkəzdə ayrıca rəqs qrupu fəaliyyət göstərir ki, onun üzvləri geniş tamaşaların “zövqünə” bələddirlər, müxtəlif və çoxlu tədbirlərdə tez-tez qonaq olurlar.

 

“Ansamblımızda müxtəlif yaş kateqoriyalarından olan 16-ya qədər sənətçi var. Düzdür, bəzən valideynlərə niyə bütün uşaqların rəqs qrupuna daxil olmadığını izah etməli olursan. Amma mən buna peşəkar kimi yanaşıram və təəssüflə izah edirəm ki, tələbələrimin heç də hamısı səhnədə özlərini orqanik hiss etmir. Müəyyən bir uşağın davranış nüanslarına görə rəqs nümunəsi pozula bilməz. Uşaqlarımız Azərbaycan ritmlərini çox sevirlər. Komandamızla tez-tez müxtəlif məkanlarda milli rəqslərimizi ifa edirik. Bəzi ali təhsil müəssisələri ilə əməkdaşlığımız var. Çox vaxt insanlar xeyriyyə missiyaları ilə bizə gəlirlər, tələbələrim onların qarşısında çıxış edirlər. Yeri gəlmişkən, onlar bilavasitə Mərkəzdə keçirilən kiçik şənliklər çərçivəsində öz sənətlərini təqdim etməkdən böyük həzz alırlar. Üstəlik, böyük zalın sahəsi bir yerə toplaşmağa imkan verir. Xüsusi yanaşma tələb edən uşaqlar üçün rəqs etmək, yalnız artıq enerjini itirməyə deyil, həm də müsbət emosiyalar əldə etməyə imkan verən əsl terapiyadır. Onlar üçün qızıl əli olan tikiş ustamızın yaratdığı əsl kostyumların tikilməsi prosesini bəyənirlər. Biz sənətçilərimizə “ulduz” deyirik. Bizim cəmiyyətə mükəmməl inteqrasiya edən, uğurları ilə fəxr edən, cəsarətlə təmas quran uşaqlarımız var”, -deyə müəllim qeyd edir.

Aslana xanımın dediyi kimi, Reabilitasiya Mərkəzinə təkcə uşaqlar deyil, 35 yaşdan yuxarı insanlar da müraciət edir. Yaş fərqinin əhəmiyyətli görünməsinə baxmayaraq, bəzən Mərkəzdə qurulan münasibətlər onu xeyli dərəcədə kompensasiya edir. Çünki dərslərdə ən böyük nailiyyəti belə bir ab-havada xüsusən dəyərli olan dostluq münasibətləri ilə əldə etmək olar.

 

“Çox şadam ki, bu sahədə işləmək mənə qismət olub. Bu, inanılmaz bir həyat təcrübəsidir. Üstəlik, heç vaxt ağlıma belə gətirməzdim ki, 18 yaşımda belə bir fəaliyyətə başlayacağam ki, bu da mənə rəqs etməyi, məşqlərə rəhbərlik etməyi və iş prosesini birləşdirməyə imkan verdi. Uşaqlarımız həqiqətən parlaqdırlar! Uşaqlar yad adamı da qucaqlaya bilərlər və bunun onlar üçün nə qədər xoş olduğunu görə bilərsiniz. Özümü xoşbəxt hesab edirəm, çünki uşaqlarımızın hər bir məşğələsi məni sözün əsl mənasında onların nuruna qərq edir”, -deyə Aslana bildirir.

 

Onun sözlərinə görə, Mərkəzin diqqət mərkəzində xüsusi təyinatlı uşaqların reabilitasiyası dayanır. Amma müəllimlər onlarla gündə üç və ya üç saat yarım məşğul olurlar. Bundan əlavə, narahatlıq yalnız Mərkəzdə öyrədilən bacarıqları inkişaf etdirməli olan valideynlərlə bağlıdır. Axı, xüsusi yanaşma tələb edən uşaqlarla daim işləmək və onlara maksimum diqqət yetirmək lazımdır.

 

Aslana sonda deyir: “Təəssüf ki, valideynlər həmişə verilən məsləhətlərə qulaq asmırlar. Mərkəz yalnız istiqamət verir və məqsədə nail olmaq yollarını təklif edir, lakin məhz valideynlər nəticələri gücləndirə bilər. Axı onlar sutkada 24 saat övladları ilə əlaqə saxlayırlar. Mərkəzdə tez-tez müxtəlif tədbirlər, o cümlədən maarifləndirici fəaliyyət göstərən psixoloq və müəllimlərimizin iştirakı ilə şənliklər keçirilir. Mərkəzin heç bir yetirməsi diqqətimizdən yayınmır. Səhnəyə çıxmaq məsələsinə qayıdaraq deyə bilərəm ki, mən də bu nümunədən istifadə edərək uşağın evdə ünsiyyət yolu ilə xarici aləmə uyğunlaşması üzərində işləməyin nə qədər vacib olduğunu göstərməyə çalışmalıyam. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar danışmalıdır. İnanın, onlar hər şeyi başa düşürlər. Öz adımdan qeyd etmək istərdim ki, əgər ailədə təsadüfən xüsusi yanaşma tələb edən uşaq peyda olarsa, onu cəmiyyətdən təcrid edərək utanmağa, qorxmağa ehtiyac yoxdur. Belə uşağın yeganə fərqi əlavə bir xromosomdur ki, bu da onu bir az daha açıq şəkildə xoşbəxt və pozitiv edir. Onların bizlərdən heç bir fərqi yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib
18:35
KİV: Almaniya Müdafiə Nazirliyi parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir
18:33
Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb
18:10
İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib
18:08
Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
18:06
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
17:31
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb
17:30
Peskov: Cozef Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq
17:28
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
17:26
Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb
17:22
Qan qrupuna görə xəstəlik riskləri açıqlanıb
17:20
KİV: ABŞ və Yaponiya Tayvan bölgəsində əməliyyatlar planı hazırlayır
17:17
Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir
17:15
ABŞ-də senator məşhur generalın rütbə almasına mane olub
14:49
Filippində güclü yanğında minə yaxın ev külə dönüb
14:46
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
14:08
2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dollarının səfərbər edilməlidir
13:51
Peskov: Rusiyanın yenilənmiş nüvə doktrinası ABŞ üçün siqnal sayıla bilər
13:47
Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
13:45
Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb
13:43