Misirli nazir: Azərbaycanın dünyada sülhə və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüsləri İslam aləmində
CƏMİYYƏT
11:47
27.08.2024
Baxılıb: 2977
Misirli nazir: Azərbaycanın dünyada sülhə və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüsləri İslam aləmində

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 26-da Misir Ərəb Respublikasının İslam Məsələləri üzrə Ali Şurasının 35-ci Beynəlxalq Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, R.Məmmədov Misirin dini işlər və vəqflər naziri Usama Əl-Əzhəri ilə görüş zamanı iki ölkə arasında dostluq münasibətlərinə diqqət çəkərək, Azərbaycan və Misir prezidentlərinin siyasətinin bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə qurulması üçün etibarlı zəmin yaratdığını bildirib. Ölkəmizdəki dövlət-din münasibətləri, multikultural mühit haqqında danışan komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, milli-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüslərinin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük töhfələr verdiyini vurğulayıb. Müvafiq qurumların, habelə Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin dini təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

Nazir Usama Əl-Əzhəri Azərbaycanın mənəvi birliyə, birgəyaşayışa, dünyada sülh və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüslərinin İslam aləmində yüksək dəyərləndirildiyini bildirib. Qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərinə toxunan nazir ölkəmizin müvafiq sahədə fəaliyyət göstərən qurumları arasında əlaqələrin daha da güclənməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib.

Dövlət Komitəsi sədri Ramin Məmmədovun Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcm ilə görüşündə bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb. Beynəlxalq tədbirlərdə fəal tərəfdaşlığın bu əməkdaşlığı daha da gücləndirdiyi qeyd olunub. Azərbaycanın dinlərarası dialoqa, İslam həmrəyliyinə, eyni zamanda, islamofobiya ilə mübarizəyə mühüm töhfələr verdiyi bildirilib. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşünün keçirilməsinin, qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu din xadimlərinin iştirakı ilə birgə müzakirəsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51