AHİK-ə üzv təşkilatlarının sədrləri ilə görüş keçirilib
11:57
27.08.2024
Baxılıb: 3364
AHİK-ə üzv təşkilatlarının sədrləri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-ə üzv və tabe təşkilatların sədrləri ilə görüşüb.

AHİK-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə üzv və tabe təşkilatların sədrləri görülən işlərdən, işçilərin əmək hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və qarşıda duran vəzifələrdən danışıblar.

AHİK sədri Sahib Məmmədov sahə həmkarlar ittifaqlarının rəhbərlərinə bir sıra tapşırıqlarını verib.

Bildirib ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara riayət edilməsi, bütövlükdə qanunvericiliklə təsbit olunmuş hüquqların təmin edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Həmçinin həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq vaxtında həll edilməlidir.

AHİK sədri, eləcə də işçilərin istirahəti, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə istirahətin səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması, bütövlükdə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı göstərişlərini verib.

Eyni zamanda, Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin, cəmiyyətdə nüfuzunun yüksəldilməsinin, qabaqcıl təcrübənin tətbiqinin, habelə xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlərin genişləndirilməsinin qarşıdakı hədəflər arasında olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Konfederasiya fəaliyyətində şəffaflıq, bərabərlik və heç kimin kənarda qalmaması prinsiplərini əsas tutacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının icrasında aktiv rol oynayacaq, eləcə də mövcud rəqəmsal həllər tətbiq edilməklə qurumun fəaliyyətinin daha da səmərəli təşkili, göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində konseptual və sistemli yanşama tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51