Seçkilərlə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
CƏMİYYƏT
13:07
27.08.2024
Baxılıb: 1173
Seçkilərlə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar avqustun 27-də Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət daşıyan veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmini vurğulayıb və zəruri tövsiyələrini mütəxəssislərin diqqətinə çatdırıblar.

Milli Məclisə seçkilərdə veb-kameraların tətbiqi layihəsini sıx əməkdaşlıq şəraitində birgə reallaşdıran qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi istiqamətində intensiv şəkildə aparılan son hazırlıq işləri barədə məlumat verilib.

Media mənsublarının operativ işıqlandırdıqları tədbirdə bildirilib ki, Azərbaycanda keçirilən seçkilər daim fərqli aşkarlıq institutlarının, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin sərbəst iştirakı ilə xarakterizə olunub. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi nəticəsində şəffaflığın miqyası daha da genişlənib, bütün seçki günü proseslərini hər hansı bir maneə ilə rastlaşmadan, əvvəldən axıradək fasiləsiz müşahidə aparmaq imkanı yaranıb.

Qeyd olunub ki, ilk dəfə ölkəmizin bütün suveren ərazilərində keçirilməklə əlamətdar ictimai-siyasi hadisəyə çevrilən Milli Məclisə seçkilərdə də müxtəlif metod və vasitələrdən istifadə edilməklə şəffaflığın yüksək səviyyədə təminatına xüsusi diqqət yetirilib. Belə ki, 16 ildir müvəffəqiyyətlə reallaşdırılan və səmərəliliyi ilə öz təsdiqini tapmış veb-kamera layihəsi qarşıdan gələn seçkilərdə də davam etdirilir. Seçki günü – sentyabrın 1-də səsvermə məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində texniki parametrləri daha da gücləndirilərək təkmilləşdirilmiş və yüksək görüntü effektinə malik veb-kamera quraşdırılıb. İnternet istifadəçiləri seçki günü istər ölkə daxilindən, istərsə də ölkə hüdudlarından kənarda Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb edilmədən bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Tədbir zamanı, həmçinin media mənsubları Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə məlumatlandırılıb və jurnalistlərin sualları cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54