Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilib
CƏMİYYƏT
17:43
27.08.2024
Baxılıb: 2801
Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilib

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski üzrə sığortalanacaq məbləğin maksimal həddi 100 min manat səviyyəsində müəyyən edilib.

Bunu "Report"a "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı “Əmanətlərin Sığortalanması haqqında” qanuna investisiya hesablarının sığortalanması ilə bağlı dəyişiklik ediləcək.

M.Yəhyayev investisiya hesablarının sığortalanması məsələsinə aydınlıq gətirərək bildirib ki, investisiya şirkəti müflis olduqda, müştərinin investisiya hesabında olan 100 min manata qədər olan vəsait kompensasiya ediləcək.

"Banklar müflis olduqda hesablarında olan sığortalanmış əmanətlər kompensasiya edildiyi kimi, investisiya şirkəti də müflis olduqda investisiya hesablarındakı pul vəsaitləri sığortalandığı halda sahiblərinə qaytarılacaq", - AFBİA-nın rəhbəri qeyd edib.

Onun sözlərinə görə, sığorta investisiya hesabında yerləşdirilən valyutasından aslı olmayaraq maksimum hədd 100 min manat ekvivalentində olmaqla bütün vəsaitlərə şamil ediləcək.

Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində). Azərbaycanda 1 iyun 2020-ci ildən əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51