Rektor: Ekoloji problemlərin həllində milli və beynəlxalq səviyyədə əməkdaşlıq olduqca zəruridir
CƏMİYYƏT
18:24
27.08.2024
Baxılıb: 1852
Rektor: Ekoloji problemlərin həllində milli və beynəlxalq səviyyədə əməkdaşlıq olduqca zəruridir

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Şəki şəhərində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Rektor bildirib ki, BDU-da ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialı və infrastrukturu daim təkmilləşdirilir. BDU-da 5 kafedradan ibarət Ekologiya və torpaqşünaslıq fakültəsi, Mükəmməllik Mərkəzində Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir: “Universitetdə ekoloji problemlərin mənfi təsirlərinin azaldılması və təbiətin bərpası üçün effektiv metodlar işləyib hazırlayan tədqiqatlar aparılır. Biz fənlərarası əməkdaşlıq vasitəsilə gələcək nəsillər üçün planetimizi qorumağa kömək edəcək davamlı təcrübələri və texnologiyaları təşviq etməyi hədəfləyirik. BDU Elmi şurasının qərarı ilə Baş Prokurorluqla birgə ECOLEAD Klinikası yaradılıb. BDU tələbələri “yaşıl enerji”, “yaşıl texnologiyalar” sahələrində layihələr hazırlayır və müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirlər. 2024-cü il sentyabrın 5-8-də Türkiyənin Antalya şəhərində keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanmış BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət 2 komandasının “Irrigo” və “E-tarım sulama” layihələri də məhz ekoloji problemlərin intellektual həllinə həsr olunub”.

BDU rektoru qeyd edib ki, təbii səbəblərlə yanaşı, mərkəzində insan amilinin dayandığı ekoloji cinayətlər, qeyri-qanuni fəaliyyətlə ətraf mühitin, o cümlədən yaşıllıqların qəsdən məhv edilməsi respublikamız üçün ən ciddi təhlükələrdən biridir: “Ermənistanın uzunmüddətli və dağıdıcı təcavüzü nəticəsində regionumuzda ekoloji cinayətlərin nəticələri kəskin şəkildə hiss edilməkdədir. İşğal dövründə ərazilərimizin ətraf mühitinə ciddi ziyan vurulub. Həmin ziyanın ekosistemə təsiri davam edir.

Ekoloji pozuntuların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tapşırıqların operativ icrası mühüm əhəmiyyət kəsb edir. Ekoloji problemlərlə effektiv mübarizə aparmaq üçün biz hüquq-mühafizə orqanlarını, elmi araşdırmaları və ictimaiyyətin cəlb olunmasını birləşdirən vahid yanaşmanı qəbul etməliyik. Hökumət və qeyri-hökumət təşkilatları, özəl sektor və ictimaiyyət məlumat, resurslar və təcrübə mübadiləsi üçün birgə işləməlidir. Bu baxımdan ECOLEAD layihəsi ətraf mühitin mühafizəsi istiqamətində yeni əməkdaşlıq və mühüm öhdəlikdir. ECOLEAD platformasının mərkəzində ekoloji cinayətlərin araşdırılması və prokurorluq əməkdaşlarının, ekoloqların, BDU-nun elmi-pedaqoji heyətinin və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə pozuntuların qarşısının alınması kimi mühüm missiya dayanır”.

Elçin Babayev diqqətə çatdırıb ki, BDU-da ECOLEAD Klinikasının yaradılması ekoloji pozuntuların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqların operativ icrasını təmin etmək baxımından önəmlidir. Klinika birgə elmi-praktik araşdırmaları asanlaşdıracaq, tədqiqatçılara və praktikaya cəlb olunanlara ekoloji problemlərin həllində birgə işləməyə imkan verəcək: “İlk növbədə, ətraf mühitlə bağlı pozuntuları və onların təsirlərini müəyyən etmək üçün tədqiqat və təhlillərin aparılması, tələbələr, mütəxəssislər və ictimaiyyət arasında ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və davamlı təcrübələri təşviq etmək üçün təlim və təhsil proqramlarının təmin edilməsi vacibdir. Həmçinin elmi sübutlara və qabaqcıl təcrübələrə əsaslanan ekoloji siyasət və qaydaların inkişafına nail olmaq, ətraf mühitə müdaxilələrin effektivliyini qiymətləndirmək və gələcək fəaliyyətləri məlumatlandırmaq üçün monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması, ekoloji problemlərin həllində bilik və təcrübəni bölüşmək üçün həm milli, həm də beynəlxalq səviyyədə digər qurumlarla əməkdaşlıq olduqca zəruridir. ECOLEAD Platforması bu istiqamətdə bir çox problemlərin həllinə nail olmağa imkan verəcək. Ekoloji problemlərin elm-təhsil-istehsalat əlaqələri çərçivəsində elmi və hüquqi həlli müəyyənləşəcək, tələbələr, gənc tədqiqatçılar, alim və peşəkar praktik hüquqşünaslar platformanın əsas iştirakçısına çevriləcəklər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05