Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
CƏMİYYƏT
20:14
27.08.2024
Baxılıb: 1470
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb

Avqustun 27-də Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda hibrid konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu və inkişaf perspektivlərinin yüksək olduğunu qeyd edib. O deyib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yeni mərhələnin başlamasından xəbər verir. Bildirilib ki, qısa müddət ərzində dövlətlərarası münasibətlər yüksək səviyyəyə qaldırılıb, iqtisadi münasibətlər uğurla inkişaf edir.

Alternativ energetika sahəsində potensialın yüksək olduğunu deyən B.Mustafayev “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə fəal iş aparıldığını diqqətə çatdırıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb.

“Son 30 il ərzində Azərbaycan və Özbəkistan arasında çox sıx münasibətlər formalaşıb. Əlaqələrimiz çox yüksək, strateji səviyyədədir”, - deyən F.Şəfiyev iqtisadi sahədə münasibətlərin inkişafının zəruriliyinə toxunub. O diqqətə çatdırıb ki, iki ölkə arasında özəl sektorlar sahəsində qarşılıqlı əlaqənin asanlaşdırılması, gömrük və digər bürokratik maneələrin aradan qaldırılması vacibdir.

BMTM-in İdarə Heyətinin sədri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin, ekspert dairələri arasında təmasların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

İkitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyinə toxunan Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi çıxış edir.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini qeyd edib.

Daha sonra konfrans “Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın inkişafında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı vacib faktor kimi”, “Azərbaycan və Özbəkistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri” (sənaye əməkdaşlığı, “yaşıl” energetika, rəqəmsallaşma), “Yeni geosiyasi şəraitdə Azərbaycan-Özbəkistan nəqliyyat-logistika qarşılıqlı fəaliyyətinin inkişafı” mövzularında panel müzakirələrlə davam edib. Hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin çıxışları dinlənilib.

Konfransın nəticəsi olaraq Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54