Naxçıvanda ilk dəfə “MEDİA könüllüləri” proqramına start verilib
CƏMİYYƏT
12:13
28.08.2024
Baxılıb: 451
Naxçıvanda ilk dəfə “MEDİA könüllüləri” proqramına start verilib

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda, ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “MEDİA könüllüləri” proqramına qeydiyyat elan edir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün regional idarənin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, MEDİA könüllüsü 18-29 yaş arası gənclər ola bilərlər. “MEDİA könüllüləri” proqramı 3 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdırıb və öz öhdəliklərini yerinə yetirən könüllülər proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 10 sentyabrdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54