Vüqar Kərimov: Son illərdə ölkənin su ehtiyatlarının 15 faizdən çox azalması müşahidə olunur
CƏMİYYƏT
12:53
28.08.2024
Baxılıb: 894
Vüqar Kərimov: Son illərdə ölkənin su ehtiyatlarının 15 faizdən çox azalması müşahidə olunur

Son illər iqlim dəyişikliklərinin mənfi təsirləri qlobal şəkildə özünü göstərməklə müxtəlif sektorların, o cümlədən kənd təsərrüfatı sahəsinin inkişafında ciddi çətinliklər yaratmaqdadır. İqlim dəyişiklikləri nəticəsində ekstremal hava hadisələrinin sayının və başvermə tezliyinin artması kənd təsərrüfatı sahəsinə əhəmiyyətli təsir göstərir. Kənd təsərrüfatı istehsalının birbaşa iqlim şərtlərinə bağlı olması onu iqlim dəyişiklikləri qarşısında ən həssas sektor halına gətirib.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, qlobal iqlim dəyişmələri və antropogen amillərin təsiri nəticəsində əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır, şirin su ehtiyatları azalır. Baş verən iqlim dəyişikliklərinin kənd təsərrüfatı sektoruna mənfi təsir etməsi ilə bərabər kənd təsərrüfatı fəaliyyətləri də öz növbəsində iqlim dəyişikliklərinə səbəb olan amillər içərisində yer almaqdadır. Qlobal miqyasda atılan istixana qazlarının 20 faizdən çoxunun kənd təsərrüfatı fəaliyyətinin nəticəsi olduğu bəllidir.

“İqlim dəyişikliyi problemləri ölkəmiz üçün çox aktual olmaqla ölkənin əsas prioritet və strategiyalarında da öz əksini tapmaqdadır. Qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində son illərdə ölkənin su ehtiyatlarının 15 faizdən çox azalması müşahidə olunur. Təəssüf ki, növbəti illərdə də proqnozlar daha da kəskindir və azalma davam edəcək. Həmin dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, həm də heyvandarlığa təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahəsi üzrə iqlim dəyişikliklərinə uyğunlaşma məqsədilə konkret fəaliyyətlər həyata keçirilməlidir”, - deyə Vüqar Kərimov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05