Səudiyyə Ərəbistanında minerallarla bağlı böyük beynəlxalq forum olacaq
CƏMİYYƏT
13:35
28.08.2024
Baxılıb: 1603
Səudiyyə Ərəbistanında minerallarla bağlı böyük beynəlxalq forum olacaq

Səudiyyə Ərəbistanı 2025-ci il yanvarın 14-dən 16-dək Gələcəyin Minerallar Forumunun (FMF) dördüncü buraxılışına ev sahibliyi edəcək.

AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, “Təsirlərə nail olmaq” mövzusu altında Ər-Riyaddakı Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək beynəlxalq tədbirin təşkilatçısı qismində Səudiyyə Ərəbistanının Sənaye və Mineral Ehtiyatlar Nazirliyi çıxış edir. Forumun keçirilməsində əsas məqsəd mineral hasil edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması üçün davamlılıq təşəbbüslərinin təşviqi və dünyanın ehtiyac duyduğu həyati minerallar üçün davamlı təchizat zəncirinin yaradılmasıdır.

Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər Alxorayef bildirib ki, bu forumda hökumətlərdən tutmuş mədən şirkətlərinə, maliyyə institutlarına, tədqiqat mərkəzlərinə və akademik institutlara qədər minerallar sektorunda bütün maraqlı tərəflər iştirak edəcəklər. Onlar bu sektorda investisiya imkanlarının yaradılması və stimullaşdırılması məsələlərini müzakirə edəcəklər.

Forum çərçivəsində keçiriləcək müxtəlif ölkələrin nazirlərinin dəyirmi masasına 100 ölkədən hökumət orqanlarından ibarət işçi qruplar və 40 beynəlxalq təşkilatın nümayəndələri dəvət ediləcək.

Qeyd edilib ki, 2024-cü ilin yanvarında keçirilən forumda 133 ölkədən 14 mindən çox investor, ən böyük mədən şirkətlərinin rəhbərləri və bu sahədə texniki ekspert və mütəxəssislər iştirak edib. Sayca üçüncü tədbirdə Səudiyyə Ərəbistanının istifadə olunmamış mineral potensialı ilə bağlı yeni hesablamalar açıqlanıb və ümumi dəyəri 75 milyard rialdan çox olan 75 müqavilə imzalanıb. Bu sənədlər mədən kəşfiyyatı, maliyyələşdirmə, texnologiya, davamlılıq standartlarının tətbiqi və təchizat zəncirlərinə investisiya sahələrini əhatə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05