Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
CƏMİYYƏT
17:07
16.09.2024
Baxılıb: 3021
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb

Ukraynada Azərbaycan dilinin öyrənilməsi üçün pulsuz onlayn fakultativ açılıb.

“Report” xəbər verir ki, dərsləri Kiyev Milli Linqvistik Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri İntiqam Şıxızadə “Zoom” onlayn platforması vasitəsilə aparır.

Fakultativ çərçivəsində Ukraynanın hər yerindən gələn tələbələr təkcə dili öyrənmək deyil, həm də Azərbaycanın zəngin mədəniyyəti və tarixi, coğrafiyası, adət və ənənələri ilə tanış olmaq imkanı əldə edir.

Layihə artıq həm iştirakçılar, həm də müəllimlər tərəfindən müsbət rəy alıb və onlar Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafı üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayırlar.

“Hazırda fakultativin 50-dən çox iştirakçısı var və onların əksəriyyəti ukraynalıdır. Tələbələr arasında bir neçə azərbaycanlı və müxtəlif universitetlərin müəllimləri də var”, - fakultativin təşəbbüskarı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marina Qonçaruk qeyd edib.

Qeyd edək ki, fakultativ Ukrayna-Türk Mərkəzinin himayəsi və vəkil Şəmsi Məhərrəmovun dəstəyi ilə keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51