Atmosfer havasının mühafizəsi ilə bağlı sahibkarlarla görüş keçirilib
CƏMİYYƏT
15:06
28.08.2024
Baxılıb: 1086
Atmosfer havasının mühafizəsi ilə bağlı sahibkarlarla görüş keçirilib

“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə atmosfer havasının mühafizəsi sahəsində sahibkarların maarifləndirilməsi məqsədilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, ETSN-nin müvafiq qurumlarının iştirakı ilə təşkil olunan tədbirdə sənaye və ictimai-iaşə (restoran, şadlıq evi) sahəsində fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib.

Tədbirdə atmosfer havasının mühafizəsi, bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə çıxış edərək fikirlərini bölüşüb, eyni zamanda, nazirliyin mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi və fiziki şəxslər atmosferə atılan tullantıların qarşısını almalı, onların zərərsizləşdirilməsi təmin olunmalı, az tullantılı və tullantısız texnologiyalar tətbiq edilməli, bu sahədə normativlərə əməl olunmalıdır. Həmçinin sahibkarların diqqətinə çatdırılıb ki, sənaye və ictimai iaşə obyektlərində qaz-toz tutucu qurğuların quraşdırılması, bu qurğulara mütəmadi texniki xidmətin göstərilməsi və filtrlərin təmizlənməsi, atmosferə atılan tullantılarla bağlı uçot və hesabatın aparılması, məlumatların regional ekologiya və təbii sərvətlər idarəsinə təqdim edilməsi vacibdir.

Görüş çərçivəsində biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01