Azərbaycan komandası Rusiyada atəşfəşanlıq festivalının qalibi olub.
AZƏRTAC xəbər verir ki, tədbir Rusiya Federasiyasının Vladimir vilayətinin Suzdal şəhərində keçirilib. Suzdalın 1000 illiyinə həsr olunmuş bayram şənliyi bir neçə ölkəni - Azərbaycan, Belarus, Qazaxıstan, Çin, Rusiya və Serbiyanı birləşdirib.
Festivalın qalibi “Böyük bayram - Bakı” (Azərbaycan) komandası olub. İkinci yeri Rusiyanın SLK, üçüncü yeri isə JINGDUAN NEW-ART (Çin) komandaları tutub.
“Musiqi ilə ən yaxşı sinxronluq” nominasiyasında Qazaxıstanın “SOYUZ SALUT” qrupu, “Ən yaxşı atəşfəşanlıq kompozisiyası” kateqoriyasında Belarusun KALVİN komandası, “Gecə səmasının incəsənəti” nominasiyasında isə Serbiyanın PYRO-TEAM komandası birinci olub.