Türkmənistanla İran energetika və nəqliyyat sahələrində sıx əməkdaşlıq edəcək
CƏMİYYƏT
20:36
29.08.2024
Baxılıb: 2697
Türkmənistanla İran energetika və nəqliyyat sahələrində sıx əməkdaşlıq edəcək

Tehranda işgüzar səfərdə olan türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşdən sonra mühüm ikitərəfli sənədlər imzalanıb. AZƏRTAC Türkmənistan mediasına istinadla xəbər verir ki, sazişlər energetika, dəniz nəqliyyatı və gömrük sahələrində əməkdaşlığı əhatə edir.

İki ölkənin liderlərinin iştirakı ilə imzalanan sənədlər arasında “Türkmənqaz” Dövlət Konserni ilə İranın Milli Qaz Şirkəti arasında təbii qaz sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu, Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və İran İslam Respublikasının Əmirabad limanı arasında qardaşlaşmış liman şəhərləri münasibətlərinə dair Anlaşma Memorandumu, Türkmənistan Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üçün əməkdaşlıq Planı, Türkmənistan Dövlət Gömrük Xidməti ilə İran İslam Respublikasının Gömrük İdarəsi arasında 2025-2026-cı illər üçün əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üzrə birgə Fəaliyyət Planı var.

Bundan başqa, tərəflər humanitar sahədə də əlaqələrin inkişafı üzrə razılıq əldə olunduğunu bəyan ediblər. Qurbanqulu Berdiməhəmmədov İran Prezidentini bu ilin oktyabrında Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransa dəvət edib.

Qurbanqulu Berdiməhəmmədov səfər çərçivəsində İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi ilə də görüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51