Pakistanda AzTU-nun təşkilatçılığı ilə beynəlxalq müsabiqə keçirilib
CƏMİYYƏT
14:34
30.08.2024
Baxılıb: 4604
Pakistanda AzTU-nun təşkilatçılığı ilə beynəlxalq müsabiqə keçirilib

Pakistan İslam Respublikasının İslamabad şəhərində bu ölkənin Milli Elm və Texnologiya Universitetinin və (METU) Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “İnnovativ və yaradıcı həllərin tapılması (FICS)” adlı beynəlxalq müsabiqənin yekun mərhələsi keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, FICS Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir. Müsabiqədə təqdim olunan bütün layihələrin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olmasına diqqət yetirilir.

Tədbirdə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev müsabiqənin qlobal çağırışlarla bağlı innovativ həllərin yaradılmasındakı rolu barədə danışıb. Rektor müsabiqədə Azərbaycan, Türkiyə və Pakistan universitetlərinin komandalarının iştirakının üç qardaş ölkənin əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Beynəlxalq müsabiqənin qalibi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası seçilib. AzTU komandası isə “sosial yönümlü ən innovativ ideya” nominasiyasının qalibi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13