STEM Analitik Mərkəzi ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
CƏMİYYƏT
17:39
30.08.2024
Baxılıb: 3566
STEM Analitik Mərkəzi ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Avqustun 30-da STEM Analitik Mərkəzində “Cənubi Qafqazda siyasi proseslər və Azərbaycan-Gürcüstan münasibətlərinin bu proseslərdə rolu” mövzusunda dəyirmi masa olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə təqdimatla çıxış edən milli təhlükəsizlik məsələləri üzrə tanınmış gürcü eksperti, siyasi və hərbi elmlər doktoru, Qafqaz Beynəlxalq Universitetinin professoru Vaxtanq Maisaya Cənubi Qafqaz regionunda gedən siyasi proseslər və bu proseslərdə Azərbaycan-Gürcüstan münasibətlərinin rolundan danışıb.

Gürcü ekspert deyib: “Hazırda regionda transformasiya prosesi gedir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi regionda geosiyasi vəziyyəti dəyişib, əməkdaşlığın inkişafı üçün yeni imkanlar açıb.

Regiondakı yeni geosiyasi vəziyyəti iki amil ilə xarakterizə etmək olar; birinci amil Azərbaycanın öz ərazilərini azad etməsidir; ikinci amil isə iqtisadi imkanlarla bağlıdır ki, bu da əsasən regional nəqliyyat dəhlizlərinin açılmasına aiddir. Gürcüstan Azərbaycan üçün dost və qonşu ölkədir, onunla bir çox enerji, logistika və nəqliyyat layihələri həyata keçirir. Gürcüstanda oktyabrda, Azərbaycanda isə iki gündən sonra Milli Məclisə seçkilər keçiriləcək”.

2009-cu ildən doğulduğu Bakıya səfər etmədiyini diqqətə çatdıran gürcü ekspert vurğulayıb: “Burada yalnız mənim ilk dostlarım deyil, həm də qardaşlarım olub. Ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan xalqını şəxsən təbrik etmək istərdim. Mən çox arzulayıram ki, Gürcüstan da belə bir qələbə qazansın”.

Tədbir çərçivəsində STEM Analitik Mərkəzi ilə Qafqaz Beynəlxalq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında əməkdaşlıq, əlaqələrin inkişafı və möhkəmləndirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51