Si Cinpin afrikalı alimlərin Çin-Afrika icmasının qurulması xahişinə müsbət cavab verib
CƏMİYYƏT
13:16
31.08.2024
Baxılıb: 1689
Si Cinpin afrikalı alimlərin Çin-Afrika icmasının qurulması xahişinə müsbət cavab verib

Çinin Sədri Si Cinpin Afrikanın 50 ölkəsindən olan alimlərin məktubuna cavabında Çin və Afrikanın ortaq gələcəyə malik olduqlarını bildirib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Si Cinpin qeyri-sabit və bir-birinə qarışmış dünyada Çin və Afrikanın əvvəlkindən daha çox həmrəylik və əməkdaşlıq nümayiş etdirməli olduqlarını vurğulayıb. O, alimləri ortaq gələcəyə malik yüksək səviyyəli Çin-Afrika icmasının qurulmasına və Qlobal Cənubun ümumi maraqlarının qorunması üçün intellektual dəstəyi davam etdirməyə təşviq edib.

Si Cinpin qeyd edib ki, bir müddət əvvəl Çin Kommunist Partiyasının (ÇKP) 20-ci Mərkəzi Komitəsinin üçüncü plenar iclası uğurla keçirilib və islahatların daha da dərinləşdirilməsi yolu ilə modernləşmə istiqamətində geniş perspektivlər açmaq çağırışı səslənib. O vurğulayıb: “Dinc inkişafa can atan, islahatlara və açıqlığa sadiq olan Çinin davamlı inkişafı və böyüməsi, şübhəsiz ki, dünyada sülh və beynəlxalq ədalət üçün səyləri daha da gücləndirəcək və qlobal modernləşmə prosesinə, xüsusən də iqtisadi inkişafın və dirçəlişin inkişafına tükənməz təkan verəcəkdir”.

ÇXR-in Sədri qeyd edib ki, Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) qarşıdan gələn Zirvə toplantısı əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Çin və Afrika liderlərini yenidən bir araya gətirəcək və bu, gələcək münasibətlər baxımından faydalı olacaq. O, həmçinin ümidvar olduğunu bildirib ki, Darüs-Salam konsensusuna əsaslanan tərəflər - Qlobal Cənub ölkələri, Çin-Afrika və Cənub-Cənub əməkdaşlığını daha da inkişaf etdirəcəklər. Pekin bu proseslərə mühüm intellektual dəstək verməyə davam edəcək.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının diplomatı Gert Qrobler və Afrikanın 50 ölkəsindən 63 alim Si Cinpinə məktub göndərərək, Çin-Afrika icmasının yaradılmasına köməklik göstərilməsini xahiş ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02