Bağçada 3 yaşlı uşağa qarşı zorakılıq
CƏMİYYƏT
12:46
12.09.2024
Baxılıb: 1566
Bağçada 3 yaşlı uşağa qarşı zorakılıq

Bağçada 3 yaşlı uşağa qarşı zorakılıq
Parisdə uşaq bağçasında müəllimin üç yaşlı uşağa qarşı zorakılıq tətbiq etməsinin videosu ölkə gündəmini sarsıdıb. Təhsil naziri müəllimin işdən uzaqlaşdırıldığını açıqlayıb.

Fransanın paytaxtı Parisdə uşaq bağçasında baş verən şiddətli hadisə ölkə gündəmini silkələyib. İnternetdə yayılan videoda uşaq bağçasında müəllimənin üç yaşlı uşağa zorakılıq etdiyi üzə çıxıb. 15-ci məhəllədə baş verən hadisədə müəllimin ağlayan uşağı vuraraq başına su tökməsi kameraya düşüb.

Qalmaqaldan sonra təhsil naziri Nikol Belloubet müəllimin vəzifəsindən uzaqlaşdırıldığını və ona qarşı intizam istintaqının başlandığını bildirib. Baxça direktoru hadisəni yolverilməz kimi qiymətləndirib.

Yerli mətbuatın məlumatına görə, uşağın ailəsinin vəkili bunun məktəbdə baş verən ilk zorakılıq hadisəsi olmadığını iddia edib. Sözügedən müəllim günahını etiraf edib və ailədən üzr istəyib.

 

 

Digər xəbərlər