Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq
CƏMİYYƏT
18:54
12.09.2024
Baxılıb: 836
Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Sabah Oğuz, Şəki və Xaçmaz rayonları, həmçinin Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 13-də saat 09:00-dan "Qaz İxrac” İdarəsinə məxsus ölçü qovşağının yenidən qurulması, saat 10:00-dan isə “Yaqublu qol yüksək təzyiqli qaz kəməri”ndə təmir-bərpa işlərinin aparılması və "Şəki-Cəfərabad” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin Bakının Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Oğuz rayonunun tam olaraq, Şəki və Xaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İsrailin müdafiə naziri: Livanla müharibə yeni mərhələyə qədəm qoyur
00:00
"APM Terminals Poti": Orta Dəhlizi dəstəkləyəcək Poti terminalının tikintisi 2027-ci ildə yekunlaşacaq
20:01
Alessandra Rokkasalvo: UNDP Qarabağda fəaliyyətini genişləndirəcək
19:59
Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 3 nəfər ölüb, daha 100-ü xəsarət alıb
19:56
Avropa Parlamenti noyabrda Avropa komissarlığına namizədlərlə bağlı müzakirələrə başlaya bilər
19:55
Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Türkmənistanda keçiriləcək görüşü müzakirə edib
19:53
Müdafiə Nazirliyi "Qisas" əməliyyatından görüntülər yayıb
19:08
Orta Dəhlizin "yaşıllaşdırılması" təşəbbüsü
19:04
Binəqədidə əməliyyatlar zamanı 29 kiloqram narkotik, avtomat və tapançalar aşkarlanıb
16:33
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb
16:30
“Wildberries”in baş ofisi yaxınlığında atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
16:14
İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
16:11
Dünya Bankı: "Azərbaycandakı suvarma sistemlərinin səmərəliliyi aşağıdır"
16:09
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar
16:06
“Uniper” Azərbaycandan qaz alışını artırmaq niyyətindədir
16:03
Azərbaycanın strateji valyuta ehtiyatları 72,6 milyard dollara çatıb
11:14
Yunanıstan Türkiyə sərhədini daha yaxşı qorumaq üçün Aİ-dən kömək istəyib
11:11
İtki və Zərərə Cavab Fondu
11:03
İsveç sakini öz bağçasında qədim medalyon tapıb
10:55
Avropalı avtomobil istehsalçılarını çətin günlər gözləyir
10:34