Türkiyə nümayəndə heyəti Baş Prokurorluqda olub
CƏMİYYƏT
20:44
04.10.2024
Baxılıb: 1501
Türkiyə nümayəndə heyəti Baş Prokurorluqda olub

Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

"Report" xəbər verir ki, oktyabrın 4-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru cənab Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyətini Baş Prokurorluqda qəbul edib.

Baş prokuror Azərbaycan və Türkiyənin liderləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərarası əlaqələrin bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. Bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və gələcəkdə davam edəcəyinə əminlik ifadə edilib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ölkələrimizin bütün sahələrdə əlaqələrinin sıx olmasını qeyd etməklə, Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Həmçinin, Muhsin Şentürk səfər zamanı Şuşa və Xankədi şəhərlərini və orada yerləşən bir sıra tarixi-mədəni abidələrini ziyarət etməsinə şərait yaradılmasına görə təşəkkürünü ifadə edərək, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə etdiyini, görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olduğunu bildirib.

Bundan başqa Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Qarabağ Universitetinin Xankəndi şəhərində təsis edilməsini tarixi hadisə olmasını vurğulamaqla həmin təhsil müəssisəsinin aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıb
04:10
Gürcüstanda mitinq zamanı bir neçə polis əməkdaşı xəsarət alıb
04:08
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
04:04
Altmış üç ölkənin hüquq-mühafizə orqanları birgə 225 ton kokain ələ keçirib
04:01
İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək
03:44
Bolqarıstan rəsmisi: "Orta Dəhliz strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq
20:12
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb
20:01
Nazir müavini: "DSMF-nin investisiya siyasəti konservativ və ehtiyatlıdır”
19:48
Ağdam Sənaye Parkının rezidenti Gürcüstana divar kağızları ixrac etməyə başlayıb
19:45
54 şəxs və 29 təşkilat Aİ-nin sayca 15-ci sanksiya paketinə daxil ediləcək
19:12
Çin şirkətləri ilk dəfə Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalar paketinin “qara siyahı”sına düşə bilər
19:01
“Bərgüşadçay” yedək gəmisi istismara verilib
19:00
AZPROMO Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır
18:56
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
13:41
Fransızların 63 faizi Makronun istefasını istəyir
13:38
Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb
13:15
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
13:13
Niderland uzaqmənzilli raketlərin hazırlanması təşəbbüsünə qoşulub
13:11
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
13:09
ABŞ Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketi təqdim etməyə hazırlaşır
12:52