“İmarət” stadionu bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq
CƏMİYYƏT
11:35
05.10.2024
Baxılıb: 1406
“İmarət” stadionu  bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq

Dövlətimizin başçısı cənab İlham Əliyev sentyabrda Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq.

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayında həm gənclər, həm də idman sahəsindəki baş verən yeniliklər barədə danışarkən deyib.

O, ötən ayın infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici olmasını bildirib:

"Yayla payızın qovuşduğu sentyabr həm gənclər sahəsində, həm də idmanda nailiyyət və yeniliklərlə zəngin oldu. Ötən ay infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici oldu. Bildiyiniz kimi, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə “Böyük qayıdışın” təmin edilməsi yolunda dövlətimizin həyata keçirdiyi layihələr arasında əhalinin sağlamlığı da prioritetliyini qoruyur. Dövlətimizin başçısı cənab İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq".

Nazir Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının çıxışları barədə də danışıb:

"Olimpiyaçılarımızın Paris zəfərini uğurla davam etdirən paralimpiyaçılarımız Fransanın paytaxtından effektiv nəticə ilə döndülər. 7 idman növü üzrə 18 idmançımız dördü qızıl olmaqla, 11 medal qazanaraq 168 ölkə arasında 28-ci, Avropa ölkələri arasında 13-cü oldu. Fikrimcə, paralimpiyaçılarımızın qazandıqları uğurlar əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə də böyük təkan verəcək".

F.Qayıbov Portuqaliyada keçirilən dünya çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycanın akrobatika gimnastlarının uğurlarına da toxunub:

"Tarixi qələbə qazananlar sırasında bu dəfə akrobatika gimnastlarımız da yer aldılar. Portuqaliyada keçirilən dünya çempionatında akrobatlarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla ümumi medal sıralamasında 3-cü oldular. Akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qarışıq cütlüyümüz balans və qarışıq hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal qazandı. Kişi qrupumuzun temp hərəkətlərində bürünc medalı da tarixin ilklərindən oldu. Daha bir ilk isə İtaliyada keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüyümüzün gümüş medalı oldu. İdmançılarımızı uğurları münasibətilə təbrik edirəm".

O, Bakıda keçirilən "Formula 1" Qran-Prisinin yüksək səviyyədə təşkil olunduğunu söyləyib:

"Sentyabrda da ölkəmiz bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdi. Formula 1 Qran-Prisi artıq 8-ci dəfə Azərbaycanda yüksək səviyyədə təşkil edildi. Formula 1-də azarkeş sayı ilbəil artmaqdadır. Bu il də bütün biletlərin satılması yeni bir rekord kimi Formula 1 Azərbaycan tarixinə yazıldı. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turniri, padel tennisi üzrə "Sea Breeze Cup IV" beynəlxalq turniri, yelkən üzrə "SFA Federasiya Kuboku 2024", Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı və digər yarışların keçirilməsi sağlam həyat tərzinin inkişafı, ölkəmizin müasirləşməsi, idman növlərinin inkişaf etməsi baxımından faydalıdır".

SON XƏBƏRLƏR
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03
"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".
17:56
Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edilib
17:38
"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"
17:28
Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur
17:24
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
17:19
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
17:16
Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"
17:13
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
17:08
Tahir Mirkişili: "Gələn il üçün neftin büdcə qiyməti reallığa çox yaxındır"
17:07
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə görüşüb
17:04
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
14:41
Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
14:37
Qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq
14:20
İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib
14:18
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
14:15
Almasadam Satkaliyev: "Qazaxıstan BTC ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirir"
14:10
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib
14:06
Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib
14:03