Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
CƏMİYYƏT
19:03
09.10.2024
Baxılıb: 1314
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sahid Mövsümov ifadə verib.

O bildirib ki, talessemiya uşağını ayda iki dəfə rayondan Bakıya xəstəxanaya gətirib:

"Birdəfə uşağı xəstəxanaya gətirən zaman türkiyəli həkim Akif doktorun qəbuluna düşmək üçün Aynur Bayramovadan icazə almalıydım. Aynurun yanına girdim və məndən qan nümunələri almaq və Türkiyədə övladıma ilik tapmaq üçün 300 dollar istədi. Mən də ona inanıb pulu verdim".

Zərərçəkən qeyd edib ki, bir neçə gün sonra Aynur Bayramova ona zəng edərək iliyin tapıldığını deyib.

"Aynur telefonda dedi ki, ilik və əməliyyatın qiyməti 83 min dollar edir. Aynura bildirdim ki, o qədər pulum yoxdur. 20 min dollar düzəltməyimi tapşırdı. Mən isə 10 min dollar pul düzəldə bildim. Aynur dedi ki, kömək edən təşkilatlar var, qalan pulu onlar düzəldəcək. Məni həmin şirkətə apardı, orada Nuridə Seyidova ilə görüşdürdü. Mən onlara pulun yalnız 10 min dollarını düzəldə bildiyimi bildirdim. Dedilər ki, hərbçisən, qazisən gözümüz üstünə yerin var. 10 min dolları onlara verdim və mənə müqavilə, çek təqdim etdilər. Bir neç gün keçmişdi, dedilər gözün aydın, donar tapılıb. Məni Samsuna göndərdilər. 3 ay orda qaldım, başımı aldatdılar. Gündə bu gün sabah elədilər. Öz cibimdən orada yaşamaq üçün 8200 manat pul xərclədim. 3 aydan sonra Bakıya qayıtdım, bunların ofisinə getdim. Dedilər ərizə yaz, pulunu geri qaytaracam".

Zərərçəkən qeyd edib ki, ümumilikdə ona 21 min manat ziyan vurulub, həmin məbləğdən 4 min manat qaytarılıb.

Digər zərərçəkən Laura Qasanova bildirib ki, təqsirləndirilən şəxslər onun 30 min dollarını mənimsəyiblər: "Mən Gürcüstan vətəndaşıyam, uşağım12 ildir talassemiya xəstəsidir və qeydiyyatdadır. Talassemmiya Mərkəzində türkiyəli Akif həkimin yanına getmişdim. Orada Aynur xanımla tanış olduq. Aynur dedi ki, 300 dollar verəsiniz, uşağın iliyini Türkiyəyə göndərərik və orada donar taparıq. Bir müddətdən sonra zəng elədi ki, Nuridə adında qadın var, şirkət rəhbəridir və sizə kömək edəcək. Biz gedib Nuridə ilə görüşdük. Dedilər əlində nə varsa, proseslərə başlayaq. Donorun tapılması, əməliyyatın icrasının ümumi 83 min dollar olduğunu dedilər. Dedilər sizin imkanınız nəyə çatırsa verin, qalan pulu şirkət köməklik edəcək. Bir neçə gün sonra Nuridəyə 30 min dollar pul ödədik. Bizə bir kağız verdilər. Dedilər bu pulla tezliklə ilik tapacaqlar. Lakin bunlardan xəbər çıxmadı. Sonradan başqa valideynlərin səsi gəldi ki,iş görmürlər. Aynur dedi ki, ərizəni yaz pulu geri qaytarsınlar. Gedib ərizə ilə müraciət etdim, pulumu istədim, hələ verməyiblər. Mənim pulumu qaytarsınlar, gedib Gürcüstanda əməliyyat etdirim. İstəmirəm ki, bu iş Avropa Məhkəməsinə getsin".

Hakim "Bu işi Avropa Məhkəməsi bizdən yaxşı araşdıracaq?", - deyə cavab verib.

Zərərçəkmiş Tural Məsimiyev bildirib ki, iki azyaşlı övladı Talassemiya xəstəsi olub. Onun sözlərinə görə, övladlarının müalicəsi üçün ümumilikdə 59 min 500 manat ödəniş edib. O bildirib ki, sonradan onu müalicə adı altında Türkiyəyə göndəriblər, amma orada heç bir köməklik olmayıb.
Zərərçəkmiş qeyd edib ki, həmin məbləğdən Nuridə Seyidova 6700, Aysel Məmmədova isə 10 min manat qaytarıblar: "Qalan pulu onların hər üçündən tələb edirəm. 42 min manat əsas puldan qalıb. Sonrada əlavə 8 min manat xərc çəkmişəm. Pulumun geri qaytarılmasını istəyirəm. Mən ziyanın ödənilməsi istəyirəm".

Zərərçəkmiş Aysel Abdullayeva bildirib ki, iki qız övladı var, onlardan biri talassemiya xəstəsi, digəri isə daşıyıcı olub: "Mən Nuridə və Aynuru tanıyıram. Ayseli isə burada görmüşəm. Mən Rusiyada yaşamışıq. Uşağı Azərbaycanda anamın yanında qoymuşam. Anam xəstəxanaya aparıb. Orada Aynur xanımla rastlaşıblar. Uşaqdan qan nümunəsi götürüblər və Türkiyəyə göndəriblər. Buna görə də 510 manat alıblar".
Zərərçəkmiş qeyd edib ki, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin aparıcı olduğu verilişlərə müraciət ediblər: "Həmin vaxt Xoşqədəm xanım dedi ki, verilişdə Amin adlı xəstəyə pul yığırlar, ona 2 milyon manat lazımdır. Onun pulunu yığılandan sonra bizi efirə çıxaracaqdılar. O verilişdən hay gələnə kimi Aynur zəng etdi, 15 min dollar toplayın gətirin, qalan pulu ödəməyə sponsor çıxıb. Bəzi də 12 min dollar topladıq, onlara verim. Aynur uşağın üzündən öpdü, ona konfet verdilər. Dedilər ki, səni müalicəyə göndərəcəklər. 3 min dollardan anam Aynura verib. Amma sonradan eşitdim ki, dələduzluqla üzləşdim. Pulumu tələb edirəm".

Növbəti proses oktyabrın 30-da davam edəcək

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib
18:35
KİV: Almaniya Müdafiə Nazirliyi parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir
18:33
Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb
18:10
İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib
18:08
Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
18:06
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
17:31
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb
17:30
Peskov: Cozef Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq
17:28
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
17:26
Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb
17:22
Qan qrupuna görə xəstəlik riskləri açıqlanıb
17:20
KİV: ABŞ və Yaponiya Tayvan bölgəsində əməliyyatlar planı hazırlayır
17:17
Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir
17:15
ABŞ-də senator məşhur generalın rütbə almasına mane olub
14:49
Filippində güclü yanğında minə yaxın ev külə dönüb
14:46
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
14:08
2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dollarının səfərbər edilməlidir
13:51
Peskov: Rusiyanın yenilənmiş nüvə doktrinası ABŞ üçün siqnal sayıla bilər
13:47
Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
13:45
Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb
13:43