Kosta-Rika sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentr təxminən 3,2 min insanın yaşadığı Sardinal dairəsindən 53 km qərbdə, ocağı 25 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.