Gələcəkdə təcili yardımı mobil tətbiq üzərindən çağırmaq mümkün olacaq
CƏMİYYƏT
12:17
17.10.2024
Baxılıb: 366
Gələcəkdə təcili yardımı mobil tətbiq üzərindən çağırmaq mümkün olacaq

Gələcəkdə e-tebib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq.

Bu barədə “Report”un sualını cavablandıran "Rəqəmsal Tibbi Həllər" MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin müdiri Vüqar Ramazanov deyib.

O qeyd edib ki, mobil tətbiqdə görüntü və səs göndərilməsi funksiyasının olması planlaşdırılır.

Şöbə müdiri həmçinin əlavə edib ki, hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyanın pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub:

"Bu sistemin daşınabilən cihazlar-planşetlər, mobil telefonlar üzərindən istifadə edilir. Eyni zamanda103 Çağrı Mərkəzi ilə briqada arasındakı kommunikasiya bu sistem üzərindən həyata keçiriləcək.

Sistemin digər bir üstünlüyü ambulans sürücülərinin işini rahatlaşdırmaqdan ibarətdir. Artıq onlar xəstənin olduğu məkan barəsində məlumatı avtomatik koordinatlara əsasən əldə edərək onlara təqdim edilən yol idarəetmə interfeysinin dəstəyi ilə ən tez zamanda xəsətənin olduğu məkana çata bilərlər.

Yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı da imkanların yaradılması var. Müvafiq yeniik vasitəsilə ehtiyac yaranan hallarda briqada həkimləri 7/24 onlayn rejimdə çalışacaq ixtisaslı həkimlərə sistem üzərindən müraciət edə bilərlər. Biz əminik ki, bu yenilik olduqca effektiv nəticələr verəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Corciyada iki seçki məntəqəsi təhdidlərə görə müvəqqəti bağlanıb
00:11
“Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb
00:07
Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək
00:04
"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb
21:51
Tramp Floridada prezident seçkilərində səs verib
21:48
Pensilvaniyada amerikalı seçicilər problemlərlə üzləşir
21:46
KİV: “İslami müqavimət” silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib
21:45
Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub
19:20
Moratinos: Azərbaycan COP29-un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb
19:18
Səfir: Azərbaycan və Meksika xalqları öz identikliyini qoruyub saxlaya biliblər
19:16
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir
16:34
Azərbaycanda ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
16:32
Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
16:27
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu sığortaçı seçib
16:25
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
16:20
Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb
16:12
Rəvan Həsənov: Dinlərarası dialoq ekoloji böhranların həlli baxımından çox əhəmiyyətlidir
15:04
SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edir
15:02
Bakıda yol təsərrüfatına ziyan vurulub
14:05
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
14:02