BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
CƏMİYYƏT
10:12
22.10.2024
Baxılıb: 2510
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik

Ermənistan tərəfindən əsir götürülmüş itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik.

Bunu BMT-nin Məcburi və ya Könüllü Olmayan İtkinlər üzrə İşçi Qrupunun sədri Qabriella Sitroni “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Sitroni bildirib ki, rəhbərlik etdiyi işçi qrupuna Azərbaycandan itkinlərlə bağlı müraciətlər var və bu sahədə araşdırmalar aparılır: “Bizim qeydiyyatımızda hazırda Azərbaycandan 34 zorla itkin düşmə faktı qeydə alınıb və həmin şəxslərlə bağlı araşdırmalar aparılıb. Bu statistikanı Azərbaycan hökumətinə istinadən deyirəm. Mən sizə bu rəqəmləri verəndə nəzərə alın ki, bu, baş vermiş hadisələr nəticəsində itkin düşmüş şəxslərin real sayını əks etdirmir. Açığı, biz bu müraciətləri ailələrdən aldığımız zaman dövlətlə əlaqə saxlayırıq, çünki bizim mandatımız poçtalyon kimidir. Çalışırıq ki, ailələrlə hökumət arasında ünsiyyət kanalı kimi çıxış edək. Ona görə də bu müraciətlərlə bağlı hökumətlə görüşlər keçirdik və bu halların aydınlaşdırılması baxımından irəliləməyə çalışırıq”.

İtkinlər üzrə İşçi Qrupunun sədri qeyd edib ki, araşdırmalar əsasında itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirilib: “İndi sizinlə bölüşə bilməsəm də, onu deyə bilərəm ki, bizim müraciətimiz əsasında Ermənistan tərəfindən taleyinə aydınlıq gətirilmiş bir neçə azərbaycanlı şəxs var. Bəzən aldığımız cavablar, təəssüf ki, həmin insanların ölümü ilə bağlı olsa da, biz bu nəticələri qaneedici və qənaətbəxş hesab edirik. Çünki ailələr bütün cavabları almasalar da, bu proses, çox ağrılı olsa da, onlara növbəti mərhələyə keçməyə kömək edir və bu da hekayənin bir qədər fərqli tərəfidir”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 4 000-dən çox azərbaycanlı itkin düşüb və son 30 il ərzində onlardan heç bir xəbər alınmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13