Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.
“Report” xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.