Naxçıvan Dövlət Universiteti ilə Con fon Neyman Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb
CƏMİYYƏT
17:38
27.10.2024
Baxılıb: 2002
Naxçıvan Dövlət Universiteti ilə Con fon Neyman Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə NDU-nun rektoru Elbrus İsayev və rektorun müşaviri Rəcəb Cəfərli Macarıstanda səfərdə olublar.

Macarıstanın Con fon Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında kompüter mühəndisliyi (tədrisi ingilis dilində) ixtisası üzrə bakalavr pilləsində ikili diplom müqaviləsi imzalanıb.

İmzalanma mərasimində Macarıstan Respublikası parlamentinin vitse-spikeri, Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri Sandor Lejsak, rektor Tamas Ferenc Fülöp, professor Zoltan Nad və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, rektorun müşaviri Rəcəb Cəfərli və Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə iştirak ediblər. Müqaviləyə əsasən sentyabrdan etibarən kompüter mühəndisliyi (tədrisi ingilis dilində) ixtisası üzrə ikili diplom üçün qəbul aparılacaq. Bu ixtisası seçən tələbələr təhsillərinin bir hissəsini Con fon Neyman Universitetində tamamlayacaq və hər iki ölkənin müvafiq ixtisası üzrə diplom alacaqlar.

Məlumat üçün bildirək ki, Bağçılıq və Regionların İnkişafı, Mühəndislik və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Biznesin Təşkili fakültələrindən ibarət olan Con fon Neyman Universitetinin mühəndislik bölməsi çox inkişaf edib və dünyaca məşhur sənaye şirkətləri ilə sıx əməkdaşlıq münasibətləri qurub. Universitetdə eyni zamanda bilik mərkəzləri fəaliyyət göstərir ki, bunlardan ən nüfuzluları Avrasiya Mərkəzi, Müdafiə Sənayesi Mərkəzi, Animasiya Mərkəzi və Hidrogen Texnologiyaları Mərkəzidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13