"Ağdam bandası"nın başçısı ilə bağlı qərar verilib
CƏMİYYƏT
12:21
29.10.2024
Baxılıb: 913

Ali Məhkəmə qətl törətməkdə təqsirləndirilən "Ağdam bandası" adlı qrupun başçısı Murad Məmmədovla bağlı qərar verib.

"Report"un xəbərinə görə, hakim Şahin Yusifovun sədrlik etdiyi prosesdə onun cəzasının yeni qanunvericiliyə uyğunlaşdırılması üçün verilən kassasiya şikayətinə baxılıb. Məhkəmənin qərarına əsasən, onun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, M.Məmmədov 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 217.1-ci (Banditizm, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 120.2.1-ci (Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

M.Məmmədov 1962-ci ildə Ağdam rayonunun Salahlı Kəngərli kəndində anadan olub.

Məlumata görə, o, Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı M.Məmmədov həmin vaxt Z.İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Ə.Əliyev və K.Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Ə.Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Z.İsayev özü M.Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

Məlumata görə, “Ağdam bandası”nın başçısı M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıb
04:10
Gürcüstanda mitinq zamanı bir neçə polis əməkdaşı xəsarət alıb
04:08
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
04:04
Altmış üç ölkənin hüquq-mühafizə orqanları birgə 225 ton kokain ələ keçirib
04:01
İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək
03:44
Bolqarıstan rəsmisi: "Orta Dəhliz strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq
20:12
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb
20:01
Nazir müavini: "DSMF-nin investisiya siyasəti konservativ və ehtiyatlıdır”
19:48
Ağdam Sənaye Parkının rezidenti Gürcüstana divar kağızları ixrac etməyə başlayıb
19:45
54 şəxs və 29 təşkilat Aİ-nin sayca 15-ci sanksiya paketinə daxil ediləcək
19:12
Çin şirkətləri ilk dəfə Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalar paketinin “qara siyahı”sına düşə bilər
19:01
“Bərgüşadçay” yedək gəmisi istismara verilib
19:00
AZPROMO Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır
18:56
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
13:41
Fransızların 63 faizi Makronun istefasını istəyir
13:38
Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb
13:15
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
13:13
Niderland uzaqmənzilli raketlərin hazırlanması təşəbbüsünə qoşulub
13:11
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
13:09
ABŞ Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketi təqdim etməyə hazırlaşır
12:52