Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
CƏMİYYƏT
13:41
30.10.2024
Baxılıb: 636
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin "Küçə sənətçiləri" layihəsi çərçivəsində növbəti seçim turu keçirilib.

 Dövlət Turizm Agentliyi xəbər verir ki, Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilmiş mütəxəssis sənətşünaslardan ibarət münsiflər heyətində Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, dosent İnarə Babayeva, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev, Əməkdar rəssam Vüqar Əli, rejissor və aktyor Ceyhun Dadaşov yer alıb.

2 mərhələdən ibarət seçim turundan uğurla keçən 20 sənətçi layihənin növbəti 6 aylıq dövründə iştirak etmək hüququ qazanıb. Onların Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə birgə razılaşdırılmış xüsusi çıxış yerlərində sərbəst fəaliyyətinə şərait yaradılması üçün lazımi tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Küçə sənətçiləri” layihəsi Dövlət Turizm Agentliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən yaradılan işçi qrupunun birgə fəaliyyəti ilə təkmilləşdirilmiş qaydalar əsasında yenidən təşkil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00