“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb
CƏMİYYƏT
18:50
02.11.2024
Baxılıb: 996
“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb

“Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.

Bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Bu məqsədilə nominasiya sənədi hazırlanacaq.

Qeyd edək ki, hazırda “Atəşgah məbədi” UNESCO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESCO-nun Ümumdünya İrs Siyahısında 5 obyekt, müvəqqəti siyahısında isə 10 obyekt var.

“Atəşgah məbədi” Abşeron yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. "Alov evi" və ya "Alov yeri" anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.

Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.

1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51